MƏDƏNİYYƏT


Milli Kitabxana əməkdaşları “Firuz Məlikov” adlı virtual sərgi hazırlayıb

Bakı, 3 avqust, AZƏRTAC

Görkəmli akademik Firuz Məlikovun 120 illik yubileyi münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Firuz Məlikov” adlı virtual sərgi hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə fotolar, görkəmli akademikin müəllifi olduğu kitablar və haqqında yazılan məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Firuz_Melikov/index.htm linkindən istifadə edə bilərlər.

Akademik Firuz Məlikov elm tariximizə Azərbaycan heyvandarlıq elminin banisi, Azərbaycan heyvandarlıq elmi məktəbinin yaradıcısı kimi daxil olmuşdur. Onun hər əsəri həmin elmin, elmi məktəbin təməl daşları, dayaqları, sütunlarıdır. O, böyük elm xadimi olmaqla yanaşı, həm də tanınmış ictimai-siyasi xadim idi. O, dəfələrlə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Fəaliyyəti dövründə öz həyatını canından artıq sevdiyi xalqının, millətinin tərəqqisinə, çiçəklənməsinə, elmin inkişafına sərf edib.

1941-1945-ci illərdə heyvandarlığın ən aktual problemlərinin həllinə aid on bir elmi tədqiqat işi aparmış və bu sahədə çox böyük uğurlar qazanmışdır. Beləliklə, qabaqcıl heyvandarlıq işinin elmi əsasının yaradılması, bu zəmin üzərində heyvandarlıq təcrübəsinin daha da inkişaf etdirilməsi müharibə dövründə, kəskin ehtiyac duyulduğu bir vaxtda sahənin məhsuldarlığının ən yüksək səviyyəyə qaldırılmasına səbəb oldu. Onun “Azərbaycanda qaragülçülük”, “Azərbaycanın dağ merinosu”, “Qoyunçuluq”, “Azərbaycanın qonur malı” və s. əsərləri Azərbaycan heyvandarlıq elminin inciləridir.

Akademik Firuz Məlikovun yaradıcılığında zərif yunlu qoyunların yetişdirilməsi istiqamətində aparılan tədqiqatlar çox geniş yer tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.