MƏDƏNİYYƏT


Milli Kitabxana görkəmli alim Xəlil İsmayılova həsr edilmiş virtual sərgi

Bakı, 30 iyun, AZƏRTAC

İyulun 1-i görkəmli kitabxanaşünas alim, professor Xəlil İsmayılovun doğum günüdür. Bu münasibətlə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən alimin həyat və fəaliyyətinə dair hazırlanan “Görkəmli kitabxanaşünas alim, professor Xəlil İsmayılov” adlı sərgi virtual olaraq təqdim olunub.

Kitabxanadan AZƏRTAC-a bildiriblər ki, sərgidə alimin fəaliyyətini əks etdirən fotolar, elmi məqalələri, kitabları, elmi redaktoru olduğu və haqqında yazılmış kitabların elektron versiyaları yer alıb.

Virtual sərgidə tammətnli resurslar da yerləşdirilib. Sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Xelil_Ismayilov/index.html linkindən istifadə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.