MƏDƏNİYYƏT


Milli Kitabxana treninqlərə başlayıb

Bakı, 12 aprel, AZƏRTAC

“ALİSA” Elektron Kitabxana Sisteminin və innovasiyaların kitabxanalara tətbiqi ilə əlaqədar bir sıra rayon kitabxanalarının əməkdaşları üçün aprelin 12-dən 18-dək M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında treninqlər başlayıb.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə reallaşan treninqdə kitabxananın direktoru Kərim Tahirov “ALİSA” Elektron Kitabxana Sisteminin və innovasiyaların kitabxanalara tətbiqi mövzusunda təşkil olunacaq treninqin zəruri olduğunu qeyd edərək bu barədə tövsiyələrini verib.

Milli Kitabxananın treninq mərkəzində keçiriləcək treninqdə Ağdaş, Göyçay, Salyan və Neftçala rayonlarının Mərkəzi Kitabxanalarının əməkdaşları iştirak edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.