MƏDƏNİYYƏT


Milli Kitabxanada 20 Yanvar faciəsinə həsr olunmuş virtual sərgi açılıb

Bakı, 19 yanvar, AZƏRTAC

20 Yanvar faciəsinin 32-ci ildönümündə Azərbaycan Milli Kitabxanasında “20 Yanvar” adlı virtual sərgi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Azərbaycanın görkəmli şəxsiyyətlərinin Qanlı Yanvar haqqında fikirləri, fotolar, kitablar, eləcə də mövzu haqqında dövri mətbuatda dərc olunan məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər bu linkindən istifadə edə bilərlər.

20 Yanvar faciəsi Azərbaycan xalqının hüzn və şərəf günüdür. Xalqımız bu faciədə həyatdan getmiş övladlarına matəm saxlamaqla bərabər, eyni zamanda, onların şəhidlik zirvəsinə baxaraq başını dik tutmalıdır. Çünki Vətən və torpaq şəhidləri ilə ucalır. 32 il öncə Azərbaycan xalqının taleyində də nəhs və qorxunc günlər yaşanırdı. Xalqımız qırmızı imperiyanın “Qızıl ordusu”nun, sovet hərb maşınının hücumuna məruz qalmış, təcavüzə uğramış, günahsız insanlar gülləbaran edilmişdir. 20 Yanvar faciəsi Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, torpaq uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. Unutmamalıyıq ki, 20 Yanvar Azərbaycan xalqının tarixində, sadəcə, ağrı və acı ilə xatırlanacaq gün deyil, həm də xalqımızın şan və şərəf günüdür.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.