MƏDƏNİYYƏT


Milli Kitabxanada “27 sentyabr – Dünya Turizm Günü” adlı sərgi istifadəçilərə təqdim olunub

Bakı, 27 sentyabr, AZƏRTAC

27 sentyabr – Dünya Turizm Günüdür. Bu beynəlxalq bayram dünyada 30 ildən artıqdır ki, qeyd edilir. Bu gün münasibətilə turizm və turizm biznesinə həsr olunan tədbirlər, festivallar keçirilir.

Azərbaycanda Dünya Turizm Günü 2001-ci ildən, Azərbaycanın Beynəlxalq Turizm Təşkilatına üzv olduğu vaxtdan qeyd olunur.

Bu gün münasibətlə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “27 sentyabr – Dünya Turizm Günü” adlı virtual sərgi hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə turizm ilə əlaqədar kitablar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr, fotolar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Beynelxalq_Turizm_Gunu/index.htm linkindən istifadə edə bilərlər.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.