MƏDƏNİYYƏT


Milli Kitabxanada “31 Mart soyqırımını unutmadıq” adlı virtual sərgi hazırlanıb

Milli Kitabxanada “31 Mart soyqırımını unutmadıq” adlı virtual sərgi hazırlanıb

Bakı, 29 mart, AZƏRTAC

1918-ci ildə ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımından 105 il ötür. Mart soyqırımları ilə bağlı Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “31 Mart soyqırımını unutmadıq” adlı virtual sərgi hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə mövzu ilə bağlı kitab və dövri mətbuat materialları, fotoşəkillər nümayiş olunur.

Qeyd edək ki, mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. On minlərlə azərbaycanlı ilə yanaşı erməni quldurları minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirib, diri-diri yandırıblar. Bakının böyük bir hissəsini xarabalığa çeviriblər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirilib.

Mart soyqırımına hüquqi-siyasi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verilib. 1998-ci il martın 26-da Ulu Öndər “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb. Həmin gündən 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.