MƏDƏNİYYƏT


Milli Kitabxanada “Adil Babayev – 95” adlı kitab sərgisi açılıb

Bakı, 28 yanvar, AZƏRTAC

Yanvarın 28-də M.F. Axundzadə adına Azərbaycan Milli Kitabxanasında XX əsr Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri şair, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü Adil Babayevin anadan olmasının 95 illiyi münasibətilə şairin həyat və yaradıcılığına həsr olunmuş “Adil Babayev – 95” adlı kitab sərgisi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə şairin müxtəlif illərdə nəşr olunmuş əsərləri, sözlərinə yazılmış mahnılar, tərcümələri, redaktoru olduğu və haqqında yazılmış kitablar nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.