MƏDƏNİYYƏT
Milli Kitabxanada “Əhməd Cavad – 130” adlı xülasə onlayn formada istifadəçilərə təqdim olunub
Bakı, 30 sentyabr, AZƏRTAC
Bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın (Cavad Məhəmmədəli oğlu Axundzadənin) anadan olmasının 130 illiyi tamam olur. Azərbaycan ədəbiyyatı və ictimai fikrinin inkişafında tutduğu əvəzsiz mövqeyinə görə Prezident İlham Əliyev “Əhməd Cavadın 130 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Bu münasibətlə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Əhməd Cavad – 130” adlı elektron məqalələr toplusu hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, təqdim olunan topluda Əhməd Cavadla bağlı 2018-2022-ci illərdə dövri mətbuat səhifələrində dərc edilmiş məqalələr araşdırılıb və seçmə yolu ilə istifadəçilərə təqdim olunub.
Elektron xülasə ilə tanış olmaq istəyənlər http://anl.az/down/E.Cavad_daycest.pdf linkindən istifadə edə bilərlər.