MƏDƏNİYYƏT
Milli Kitabxanada “Əliağa Kürçaylı-90” adlı kitab sərgisi açılıb
Bakı, 20 fevral, AZƏRTAC
Fevralın 20-də Azərbaycan Milli Kitabxanasında “Əliağa Kürçaylı – 90” adlı kitab sərgisi açılıb. Sərgi Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, şair, dramaturq, tərcüməçi Əliağa Kürçaylının anadan olmasının 90 illiyinə həsr olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə şairin Azərbaycan və rus dilində çap olunmuş əsərləri, sözlərinə yazılmış musiqilərin diskləri, redaktoru olduğu, tərcümə etdiyi, “Ön söz” yazdığı kitablar və şair haqqında ayrı-ayrı müəlliflərin yazdığı kitablar, qəzet-jurnal materialları yer alıb.
Sərgi bir həftə davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:02]
Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib
- 28.03.2024 [17:16]
Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş
- 28.03.2024 [17:08]