MƏDƏNİYYƏT


Milli Kitabxanada “Böyük qəzəl ustadı Əlağa Vahid” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub

Bakı, 1 oktyabr, AZƏRTAC

Azərbaycanın görkəmli qəzəl ustası Əlağa Vahidin xatirə günü ilə əlaqədar Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Böyük qəzəl ustadı Əlağa Vahid” adlı virtual sərgi hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə böyük qəzəlxanın həyat və yaradıcılığı haqqında materiallar, fotolar, müəllifi olduğu və haqqında yazılan kitablar, məqalələr təqdim olunub.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Boyuk_qezel_ustadi_Elaga_Vahid/index.html linkdən istifadə edə bilərlər.

Azərbaycan şeirinin müxtəlif növlərində, o cümlədən istər əruz, istərsə də heca vəznində eyni ustalıqla yazan Əlağa Vahid öz məharətini ayrı-ayrı mövzularda qələmə aldığı qəzəl və şeirlərinin nümunəsində dəfələrlə sübut edib. Əlağa Vahidin qəzəllərində ana dilimizin gözəlliyi, özünəməxsusluğu əsas yer tutur. Qəzəlləri klassik şeirimizdə olan ərəb-fars sözlərindən xeyli dərəcədə təmizlənmiş, Azərbaycan türkcəsinin şirinliyini özündə yaşadan sözlərlə, ifadələrlə zəngindir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.