MƏDƏNİYYƏT


Milli Kitabxanada “Cəlal Əliyev-90” adlı sərgi açılıb

Bakı, 29 iyun, AZƏRTAC

İyunun 29-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında görkəmli alim, tanınmış ictimai xadim, AMEA-nın həqiqi üzvü, Əməkdar Elm Xadimi, biologiya elmləri doktoru, professor Cəlal Əliyevin anadan olmasının 90 illiyi münasibətilə “Cəlal Əliyev-90” adlı kitab sərgisi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə alimin Azərbaycan və xarici dillərdə kitabları, redaktoru, məsləhətçisi, tərtibçisi olduğu, “ön söz” yazdığı və haqqında olan kitablar, dövri mətbuat materialları yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.