MƏDƏNİYYƏT


Milli Kitabxanada “Həmid Araslı – 110” adlı kitab sərgisi açılıb

Bakı, 23 fevral, AZƏRTAC

Fevralın 23-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında XX əsr Azərbaycan ədəbiyyatşünaslıq elminin görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, akademik Həmid Araslının anadan olmasının 110 illiyi münasibətilə “Həmid Araslı – 110” adlı kitab sərgisi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə alimin Azərbaycan və xarici dillərdə olan əsərləri, redaktə etdiyi, “Ön söz” yazdığı, ədəbi-elmi fəaliyyəti haqqında yazılan ədəbiyyatlar sərgilənir.

Sərgi bir həftə davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.