MƏDƏNİYYƏT


Milli Kitabxanada “Həsən Seyidbəyli – 100” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub

Bakı, 26 oktyabr, AZƏRTAC

Bu il Azərbaycan mədəniyyətinin tanınmış nümayəndəsi, kinodramaturq, rejissor və ssenarist, Xalq artisti Həsən Seyidbəylinin anadan olmasının 100 illiyi tamam olur.

Həsən Seyidbəyli uzun və genişşaxəli yaradıcılıq yolu ilə sənət tariximizdə xüsusi yer tutub. Həsən Seyidbəyli milli kinomuza Nəsiminin bədii obrazını gətirməklə kino tariximizi zənginləşdirdi. İlk dəfə kinomuzda Nəiminin, Teymurləngin, Şirvanşah İbrahimin bədii obrazlarını yaratdı. Həsən Seyidbəylinin ömür yolu mədəniyyətimizlə, incəsənətimizlə, ədəbiyyatımızla sıx şəkildə bağlıdır. Onun bədii əsərləri, filmləri tariximizin əsl bədii salnaməsidir. Bu əsərlərdə təlqin olunan ideyalar ömür yolumuza işıq saçır, bizi mənəvi dəyərlərimizə daha həssas yanaşmağa səsləyir. Kinorejissor kimi də, yazıçı kimi də çox uğurlara imza atmış, nailiyyətlər qazanmış Həsən Seyidbəyli yaradıcılığı sevilərək minlərlə insanların diqqətini cəlb etmişdir. Azərbaycan Respublikası Prezidentinin “Həsən Seyidbəylinin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına və Mədəniyyət Nazirliyinin tədbirlər planına uyğun olaraq Milli Kitabxananın əməkdaşları tərəfindən “Həsən Seyidbəyli – 100” adlı virtual sərgi hazırlanıb.

AZƏRTAC xəbər verir ki, virtual sərgidə görkəmli kinodramaturqun həyat və yaradıcılığı haqqında materiallar, fotolar, mükafatlar, müəllifi olduğu eləcə də, haqqında yazılan kitab və məqalələr təqdim olunur. Virtual sərgidə nümayiş olunan materiallar tam mətnləri ilə verilib.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Hesen_Seyidbeyli_100/index.htm linkindən istifadə edə bilərlər.

Qeyd edək ki, Milli Kitabxana Həsən Seyidbəylinin anadan olmasının 100 illiyi ilə əlaqədar tədbirləri davam etdirəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.