Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Milli Kitabxanada “İlyas Əfəndiyev-105” adlı elektron məlumat bazasının təqdimatı olub

Bakı, 23 may, AZƏRTAC

Mayın 23-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında görkəmli dramaturq, Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 105 illiyi münasibətilə “İlyas Əfəndiyev-105” adlı elektron məlumat bazasının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşan tədbirdə tanınmış elm adamları, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mili Kitabxananın direktoru Kərim Tahirov görkəmli yazıçının həyat və yaradıcılığı haqqında məlumat verib, onun Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən danışıb. Bildirilib ki, İlyas Əfəndiyevin 1939-cu ildə nəşr edilmiş “Kənddən məktublar” kitabı ədəbiyyatımızda sonralar məşhur 60-cı illər deyilən ədəbiyyatın əsasını qoyub. Yazıçı “Söyüdlü arx”, “Körpüsalanlar”, “Dağlar arxasında üç dost”, “Sarıköynəklə Valehin nağılı”, “Geriyə baxma, qoca”, “Üçatılan” və digər roman və povestləri, eləcə də dram əsərləri ilə ədəbiyyata ilk dəfə lirik-psixoloji üslub gətirib.

Sonra yazının həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb. Qeyd edib ki, hər bir görkəmli şəxsiyyətin xatirəsinin əziz tutulması, onun mütəmadi olaraq yad edilməsi olduqca vacib hadisələrdəndir. Görkəmli yazıçının 105 illiyi münasibətilə Milli Kitabxana tərəfindən elektron bazanın hazırlanmasını əlamətdar hal kimi dəyərləndirən nazir, bu işdə zəhməti olan hər kəsə təşəkkür edib. İlyas Əfəndiyevin yaradıcılığının bütün dövrlərdə gənc nəslin təlim-tərbiyəsində xüsusi önəm kəsb etdiyini qeyd edən Mədəniyyət naziri, bildirib ki, unudulmaz yazıçının əsərləri oxucuya böyük estetik təsir bağışlayır. Vurğulayıb ki, İlyas Əfəndiyev haqqında ulu öndər Heydər Əliyev də gözəl fikrilər söyləyib, onun yaradıcılığını yüksək qiymətləndirib.

“İlyas Əfəndiyevin yaradıcılığı hər zaman müasir olaraq qalacaq. Onun Azərbaycan teatrının inkişafında xidmətləri böyük olub. Onun bir əsəri Milli Dram Teatrında 500 dəfə səhnəyə qoyulub. Teatrın inkişafına İlyas Əfəndiyevin əsərləri böyük təsir göstərib. O, böyük yazıçı olmaqla yanaşı, həm də böyük vətəndaş, vətənpərvər insan olub. Qarabağ mövzusu onun üçün ağrılı mövzulardan idi. Hər il Milli Dram Teatrı mövsümü onun “Hökmdar və qızı” əsasında hazırlanan “Qarabağnamə” tamaşası ilə açıq elan edilir. Bu da bizim teatr ictimaiyyəti tərəfindən onun xatirəsinə göstərilən böyük ehtiramın bir nümunəsidir”, - deyə Əbülfəs Qarayev söyləyib.

Beş il əvvəl görkəmli yazıçının 100 illiyinin keçirməsi haqqında Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamı xatırladan nazir, İlyas Əfəndiyevin adının hər zaman - bu gün də, sabah da çox böyük iftixar hissi ilə yad ediləcəyini bildirib.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar böyük ədibin yaradıcılığının məziyyətlərindən danışıb: “Sovet dövründə təbii ki, sovet ədəbiyyatı termini var idi, ancaq müstəqillik dövründə də bu termindən istifadə edilir. Düşünürəm ki, bu düzgün deyil. Çünki sovet dövründə yaranan ədəbiyyat da var, sovet ədəbiyyatı da. Sovet dövründə yaranan, amma sovet ədəbiyyatı olmayan ədəbiyyatın sıralarında İlyas Əfəndiyevin də adı var. İlyas müəllimin yazdığı əsərlər həqiqi ədəbiyyat nümunələri idi. Onun sovetlər dönəmində “Sən həmişə mənimləsən” kimi əsərinin Tofiq Kazımovun quruluşunda teatrlarda nümayiş edilməsi sənət ocaqlarında yeni bir ab-hava, yeni estetik prinsip və üslub gətirdi. Onun həm nəsr, həm də dramaturgiya sahəsindəki yaradıcılığı müstəqillik illərində daha da çiçəkləndi. İlyas Əfəndiyevin nəsr əsərlərini ədəbiyyatımızın şah əsərlərindən hesab edirəm. Onun istər sovetlər dövründə, istərsə də müasir dövrdə yazdığı pyesləri ədəbiyyatımızın qızıl fondunda qalacaq”.

Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov yazıçının ədəbiyyata gəlişi, yaradıcılığı və ədəbi fəaliyyəti barədə çıxış edib. İlyas Əfəndiyevin ədəbiyyata “Kənddən məktublar”la gəldiyini qeyd edən akademik, sonrakı dövrlərdə yazdığı əsərlərin xronologiyası haqqında məlumat verib. Vurğulayıb ki, İlyas Əfəndiyevin əsərləri ifa tərzinin motivlərinə görə də fərqlənir: “Onun əsərlərində “xalqdan gəlmədən yazıb-yaratmaq mümkün deyil” ifadəsini görürük. Bu, onun yaradıcılığı ilə sübut olunan ifadədir. İlyas müəllimin yaradıcılığında çox güclü kolorit var. Qarabağ mühitinin ifadə tərzi, tarixi, etnoqrafiyası tam bir sistemlə onun yaradıcılığında müşahidə edilir. İlyas müəllimin yaradıcılığı hər zaman yüksək qiymətləndirilib, o, müstəqillik qazandıqdan sonra 1994-cü ildə “Şöhrət” ordeni alan ilk yazıçımız olub”.

Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev və digər çıxış edən natiqlər İlyas Əfəndiyevin həyat və yaradıcılığından söz açıb, onun əsərlərinin önəmini vurğulayıblar.

Sonda İlyas Əfəndiyevin oğlu Elçin atası ilə bağlı xatirələrini bölüşüb və onun xatirəsinə göstərilən ehtirama görə hər kəsə təşəkkür edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev – 2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var VİDEO

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində AYNA-nın loqosu olacaq

Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq

Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib

Qərbi Azərbaycan yallıları ilə bağlı kitabın təqdimatı olub

Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib

Azərbaycanla Misir arasında qida məhsullarının dövriyyəsini genişləndirmək məsələsi müzakirə olunub

Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib

AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib

“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır

Buraxılış tarixi on beş ildən çox olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcəklər

Sumqayıtda yolların təmirinə başlanılıb VİDEO

Şokoladın həddindən artıq yeyilməsi baş ağrıları və qan təzyiqinin dəyişməsinə səbəb ola bilər

Ağciyər Xəstəlikləri İnstitutunda Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan elmi-praktik konfrans keçirilib

“The Nation” qəzeti: ABŞ söz və fikir azadlığını qoruduğunu bildirir, lakin jurnalistlərin qətlinin təşkilində iştirak edir

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydasında dəyişiklik edilib

"IELTS imtahanına təşviq" layihəsi çərçivəsində 300 nəfər uğurlu nəticə əldə edib

Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib

Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş

Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb