Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Milli Kitabxanada “İlyas Əfəndiyev. Geriyə baxarkən” fotoalbomunun təqdimatı olub

Bakı, 25 may, AZƏRTAC

Mayın 25-də Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə nəşr etdiyi XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İlyas Əfəndiyevə həsr olunmuş “İlyas Əfəndiyev. Geriyə baxarkən” fotoalbomunun təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq deyib: “Bu gün Milli Kitabxanada çox gözəl bir tədbirə – Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yeri olan, yaşadığı illərdən klassikləşən, böyük dramaturq, Xalq yazıçısı İlyas Əfəndiyevin işığına toplaşmışıq. Bu gün təqdim etdiyimiz kitabda Azərbaycan ədəbiyyatının klassiki İlyas Əfəndiyevin uzun və şərəfli ömrünün ən yaddaqalan anları, görkəmli incəsənət və mədəniyyət xadimlərinin, yaxın dostlarının sənətkar haqqında fikirləri, maraqlı xatirələri, tanınmış şairlərin yazıçıya həsr edilmiş şeirləri yer alıb. Sənətkarın müxtəlif illərdə yazdığı, tanınmış aktyor və rejissorların iştirakı ilə səhnələşdirilən əsərlərindən fotolar verilib. Nəşrdə görkəmli yazıçıların öz müasirləri haqqında fikirləri də əksini tapıb. Biz İlyas Əfəndiyevin “Geriyə baxma, qoca”, “Geriyə baxmağa dəyər” adlı əsərlərinin adından ilhamlanaraq fotoalbomun adını məhz “Geriyə baxarkən” qoyduq”.

K.Tahirov vurğulayıb ki, İlyas Əfəndiyevin yaradıcılığına ən qiymətli dəyəri məhz ulu öndər Heydər Əliyev verib və bu qiymətli fikirlər fotoalbomda da əks olunur.

“İlyas müəllimin yaradıcılığı ona görə həmişəyaşardır ki, məhz onun əsərlərində Azərbaycan tarixi, mədəniyyəti, adət-ənənələrimiz, milli-mənəvi dəyərlərimiz əyani şəkildə təsvir olunub. Görkəmli dramaturqun yaratdığı teatr məktəbində neçə-neçə aktyor, rejissor yetişib, bu gün isə onun bu ənənəsini oğlu Xalq yazıçısı Elçin uğurla davam etdirir. Dövr, zaman dəyişsə də, İlyas Əfəndiyevin yazdığı əsərlər daim oxunacaq və öz dəyərini itirməyəcəkdir”, - deyə Milli Kitabxananın direktoru vurğulayıb.

Mədəniyyət naziri Anar Kərimov bildirib ki, bu gün ədəbiyyatımızın ən görkəmli nümayəndələrindən biri, Azərbaycan tarixinin, məfkurəsinin, milli kimliyinin inkişafında müstəsna xidmətləri olan Xalq yazıçısı İlyas Əfəndiyevin doğum günü ərəfəsində böyük sənətkarın həyat və yaradıcılığının maraqlı anlarını fotoşəkillərin dili ilə canlandıran “İlyas Əfəndiyev. Geriyə baxarkən” fotoalbomunun təqdimat mərasiminə toplaşmışıq. İlyas Əfəndiyev Azərbaycan ədəbiyyatı üçün çox önəmli irs qoyub gedib. O, sovet ideologiyası zamanı öz əsərlərində azərbaycançılıq, milli kimlik məsələlərini əks etdirib. Məhz bu gün milli mənlik – vətənpərvərlik ruhunda gənclərimizin yetişməsində onun əsərlərinin mühüm xidmətləri var.

Nazir vurğulayıb ki, İlyas Əfəndiyevin yaradıcılığı tək Azərbaycanda deyil, dünya səviyyəsində tanınır. Prezidentimiz İlham Əliyev də İlyas Əfəndiyevin yaradıcılığına böyük dəyər verib, onun 90 və 100 illik yubileylərinin UNESCO-da və ölkə səviyyəsində geniş qeyd olunması barədə sərəncamlar imzalayıb. İlyas Əfəndiyevin adının UNESCO-nun görkəmli şəxsiyyətlərinin siyahısına salınması çox qürurvericidir.

Nazir bildirib ki, ulu öndər Heydər Əliyev Azərbaycan ədəbiyyatının klassiki, Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığını çox yüksək qiymətləndirib və dəfələrlə onun Milli Dram Teatrının səhnəsində tamaşaya qoyulan pyeslərinin premyerasında iştirak edib. Heç təsadüfi deyildir ki, hər il Milli Dram Teatrı yeni mövsümü məhz onun müəllifi olduğu “Hökmdar və qızı” pyesi əsasında hazırlanan “Qarabağnamə” tamaşası ilə açır.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan ədəbiyyatını tədqiqatçıların gözü ilə iki hissəyə: “Azərbaycan sovet ədəbiyyatı” və “Sovet dövrü Azərbaycan ədəbiyyatı” ayırmaq olar. Məhz İlyas Əfəndiyev sovet dövrü Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsidir. Sovet dövründə əsas olan sosializm, realizm kimi ideyalar onun əsərlərinə yaddır. Sovet ədəbiyyatı nikbin notlar üzərində qurulsa da, İlyas Əfəndiyevin əsərlərində həm nikbin, həm də nisgilli notlar hiss olunur. İlyas Əfəndiyev zamanı qabaqlayan bir şəxsiyyət olub. Onun yaradıcılığında lirik-psixoloji yanaşma özünəməxsus yer tutur.

Yeni kitab haqqında fikirlərini bildirən akademik vurğulayıb ki, nəşrdə ilk dəfə İlyas Əfəndiyevin öz müasirlərinə yanaşması da əks olunub.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli İlyas Əfəndiyev haqqında xatirələrini bölüşüb: “Biz həmişə istəmişik ki, Azərbaycan teatrı müasir olsun və məhz İlyas müəllimin əsərləri sayəsində bunu əldə etmişik”.

Daha sonra o, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın son illər türkdilli ölkələrlə bağlı keçirdiyi tədbirlərdən bəhs edərək ona uğurlar arzulayıb.

Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov bildirib ki, İlyas Əfəndiyevi hər kəs tanıyır, onun Azərbaycan ədəbiyyatına, eləcə də teatrına verdiyi töhfələrin qiymətinin dəyəri ölçüyəgəlməz dərəcədə çoxdur. Azərbaycan durduqca İlyas Əfəndiyevin xatirəsi daim yaşayacaqdır.

Təqdim olunan fotoalbom-kitabı bütünlükdə ədəbi həyatımıza hədiyyə, töhfə kimi dəryərləndirən Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı bildirib ki, İlyas Əfəndiyev həm ədəbiyyatımızda, həm də teatrımızda məktəb yaratmış bir şəxsiyyətdir. Elçin müəllim də onun yolunu layiqincə davam etdirir.

S.Rüstəmxanlı qeyd edib ki, İlyas Əfəndiyev zamanın tələblərinə əyilməyib, öz dəst-xətti ilə seçilib, fərqlənib: “Görkəmli dramaturq İlyas Əfəndiyev Azərbaycan ədəbiyyatında yeni cərəyan yaradıb. Azərbaycan tarixini, qadın azadlığı kimi məsələləri ədəbiyyatımıza gətirərək əsərlərində qadın baş qəhrəmanlarına daha çox yer verib”.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Xalq şairi Ramiz Rövşən, Xalq artistləri Mərahim Fərzəlibəyov, Bəsti Cəfərova, Milli Məclisin deputatları Vüqar İskəndərov, Aqil Abbas, AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, professor Rüstəm Kamal, Əməkdar artist Məsmə Aslanqızı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, publisist Seyran Səxavət və başqaları görkəmli dramaturq İlyas Əfəndiyevin çoxşaxəli yaradıcılığı ətrafında çıxış ediblər.

Kitabın hazırlanmasında xüsusi əməyi olan yazıçının nəvəsi Günay Əfəndiyeva deyib: “Bu kitabın ərsəyə gəlməsi o qədər də asan olmayıb. Çünki materiallar çox idi. Qarşımızda nəhəng bir irs, buraxdığı zəngin miras vardı. Kitabı hazırlayarkən biz sanki İlyas Əfəndiyevin həyatını, həm də o dövrü yenidən yaşayırdıq. Ona görə də kitab “Geriyə baxarkən” adlanır. Qarabağla bağlı əsərləri biz daha çox təbliğ etməliyik. Çünki bunlar ədəbi-bədii əsərlər olmaqla yanaşı, eyni zamanda, tarixi faktlardır. İlyas Əfəndiyevin bütün yaradıcılığından Qarabağ mövzusu qırmızı xətlə keçir”.

Tədbir zamanı Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Bədii fikir tariximizin fenomeni – Xalq yazıçısı İlyas Əfəndiyev” (http://anl.az/el/emb/I.Efendiyev/index.html) adlı Elektron məlumat bazası da təqdim olunub.

Qeyd olunub ki, Elektron məlumat bazası “Rəsmi sənədlər”, “Sənətkarın yaşamaq haqqı”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Görkəmli şəxslər İlyas Əfəndiyev haqqında”, “Müdrik deyimləri”, “Ədəbiyyat və mədəniyyət xadimləri haqqında fikirləri”, “Əsərləri”, “Haqqında”, “Mükafatları”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Filmoqrafiya”, “Fotoqalereya” və “Videoqalereya” bölmələrindən ibarətdir.

Sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anara və Milli Məclisin deputatı Aqil Abbasa “İlyas Əfəndiyev mükafatı” təqdim edilib.

Tədbirin sonunda görkəmli dramaturqun ailəsi adından Xalq yazıçısı Elçin çıxış edərək, ilk növbədə, fotoalbomun nəşri və tədbirin təşkilatçılığına görə Mədəniyyət Nazirliyinə və Milli Kitabxanaya öz dərin təşəkkürünü bildirib. Fotoalbomun nəşrində əməyi keçən “Şərq-Qərb” nəşriyyatının direktoru Sevil İsmayılovaya öz minnətdarlığını çatdırıb.

Sonda qonaqlar görkəmli yazıçı və dramaturq İlyas Əfəndiyevin əsərlərindən ibarət “Xalq yazıçısı İlyas Əfəndiyev” adlı geniş kitab sərgisi ilə tanış olublar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb