MƏDƏNİYYƏT
Milli Kitabxanada “İsi Məlikzadə-85” adlı sərgi açılıb
Bakı, 1 may, AZƏRTAC
Mayın 1-də Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, yazıçı-dramaturq İsi Məlikzadənin anadan olmasının 85 illiyi münasibətilə “İsi Məlikzadə-85” adlı kitab sərgisi açılıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə yazıçının Azərbaycan və xarici dillərdə nəşr olunmuş əsərləri, redaktoru olduğu, haqqında yazılmış kitablar və dövri mətbuat materialları nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:16]
Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş
- 28.03.2024 [17:08]