MƏDƏNİYYƏT


Milli Kitabxanada “Məmməd Arif-115” adlı kitab sərgisi açılıb

Bakı, 10 iyun, AZƏRTAC

İyunun 9-da Milli Kitabxanada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, akademik Məmməd Arif Dadaşzadənin anadan olmasının 115 illiyi münasibətilə “Məmməd Arif-115” adlı kitab sərgisi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə akademikin Azərbaycan və xarici dillərdə nəşr olunmuş əsərləri, redaktoru olduğu, “Ön söz” yazdığı, tərcümə etdiyi kitablar və akademik haqqında yazılmış kitablar, dövri mətbuat materialları nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.