MƏDƏNİYYƏT


Milli Kitabxanada “Naxçıvan Muxtar Respublikası – 95” adlı kitab sərgisi açılıb

Bakı, 8 fevral, AZƏRTAC

Fevralın 8-də Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında qədim Azərbaycan diyarı olan Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illiyi ilə əlaqədar “Naxçıvan Muxtar Respublikası – 95” adlı kitab sərgisi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə Naxçıvanın zəngin mədəni irsi, tarixi, incəsənəti, görkəmli şəxsiyyətləri haqqında 200-dən çox Azərbaycan və digər dillərdə nəşr olunmuş kitablar və dövri mətbuat materialları nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.