MƏDƏNİYYƏT


Milli Kitabxanada Polad Bülbüloğlunun anadan olmasının 75 illiyi qeyd edilib

Bakı, 4 fevral, AZƏRTAC

Fevralın 4-də M.F.Axundzadə adına Milli Kitabxanada Xalq artisti, bəstəkar, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun anadan olmasının 75 illiyi münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq Polad Bülbüloğlunun Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərindən söhbət açıb. Bildirib ki, Prezident İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Polad Bülbüloğluna ən ali mükafat “Heydər Əliyev” ordenini təqdim edib.

Qeyd edib ki, Polad Bülbüloğlu zəngin yaradıcılığa malik istedadlı bəstəkardır. Onun musiqi mədəniyyətimizə bəxş etdiyi “Gəl ey səhər”, “Zəng et”, “Ay Dilbər”, “Dolalay”, o cümlədən kinofilmlərə yazdığı digər mahnıları, simfonik orkestr əsərləri, “Məhəbbət və ölüm” baleti bu gün də dünyanın ən sevilən musiqiləri sırasındadır. Milli Kitabxana tərəfindən bəstəkarın 20-dən artıq musiqisi Petruççi Kitabxanasının saytında yerləşdirilib.

Natiq Polad Bülbüloğlunun ictimai xadim kimi fəaliyyəti haqqında danışaraq bildirib ki, o, həm Mədəniyyət naziri kimi, həm də səfir kimi Azərbaycanın mədəniyyətinin, diplomatiyasının, ölkələrarası münasibətlərin inkişafında, iki ölkənin mədəniyyətinin inteqrasiyasında çox böyük xidmətlər göstərib.

Daha sonra tədbir iştirakçıları görkəmli bəstəkarın əsərlərindən, haqqında yazılmış kitablardan ibarət “Polad Bülbüloğlu – 75” adlı geniş kitab sərgisi ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.