MƏDƏNİYYƏT


Milli Kitabxanada “Professor Kərim Şükürov” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub

Bakı, 9 may, AZƏRTAC

May ayının 10-da görkəmli Azərbaycan tarixçisi, professor Kərim Şükürovun 65 illik yubileyi tamam olur. Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq məhz professor Kərim Şükürov tərəfindən İran və Rusiya imperiyası arasında əhalinin miqrasiyasının hüquqi-siyasi məsələləri, miqrantların dinamikası və yerləşməsi məsələləri, əhalinin öyrənilməsinin mənbələri və tarixşünaslığı, Azərbaycanın tarixi demoqrafiyası tədqiq edilib.

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasından AZƏRTAC-a bildirilib ki, bu münasibətlə kitabxananın əməkdaşları tərəfindən “Professor Kərim Şükürov” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə professor Kərim Şükürov haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, onun müəllifi, tərtibçisi, redaktoru olduğu kitablar, müsahibələri, məqalələri və fotolar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Professor_Kerim_Sukurov/index.htm linkindən istifadə edə bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.