MƏDƏNİYYƏT


Milli Kitabxanada “Rafael Hüseynov-65” adlı kitab sərgisi açılıb

Bakı, 10 avqust, AZƏRTAC

Avqustun 10-da Milli Kitabxanada görkəmli ədəbiyyatşünas alim, tanınmış ictimai xadim, yazıçı-publisist, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynovun yaradıcılığına həsr olunmuş kitab və dövri mətbuat materiallarından ibarət “Rafael Hüseynov-65” adlı sərgi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə alimin Azərbaycan və xarici dillərdə əsərləri, elmi məqalələri, tərtib və tərcümə etdiyi, redaktoru olduğu, “Ön söz” yazdığı kitablar, dövri mətbuat materialları nümayiş olunur.

Sərgi 10 gün davam edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.