MƏDƏNİYYƏT


Milli Kitabxanada Teatr Gününə həsr olunmuş sərgilər

Bakı, 10 mart, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin 1 mart 2013-cü il tarixli “Milli Teatr Günü”nün təsis edilməsi haqqında Sərəncamı ilə hər il martın 10-u ölkəmizdə Milli Teatr Günü kimi qeyd olunur.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “10 Mart – Milli Teatr Günü” adlı virtual sərgi, həmçinin “Akademik Milli Dram Teatrı – 150” adlı ənənəvi kitab sərgisi açılıb. Virtual sərgidə fotolar, mövzu ilə bağlı kitab və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə http://anl.az/el/vsb/10_Mart_Milli_Teatr_Gunu/index.htm linkindən tanış olmaq olar.

Qeyd edək ki, 10 Mart – Milli Teatr Günüdür. XIX əsrin 70-ci illərində Azərbaycanda milli teatrın yaranması mədəniyyətimizin tarixində çox böyük hadisə olub. 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirilib. Bu şərəfli işdə H.Zərdabi və N.Vəzirov mühüm rol oynayıb. Bununla da peşəkar milli teatrımızın, Akademik Milli Dram Teatrının bünövrəsi qoyulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.