MƏDƏNİYYƏT


Milli Kitabxanada “Tofiq Köçərli-90” adlı kitab sərgisi açılıb

Bakı, 11 fevral, AZƏRTAC

Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, Əməkdar elm xadimi Tofiq Köçərlinin anadan olmasının 90 illik yubileyi münasibətilə “Tofiq Köçərli-90” adlı kitab sərgisi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə müasir Azərbaycan tarixinin aktual problemlərinin araşdırılması ilə ardıcıl məşğul olmuş, onlarla kitab və monoqrafiyanın, 200-dən artıq məqalənin müəllifi olan akademikin Azərbaycan və rus dilində çapdan çıxan kitabları, “Ön söz” yazdığı, redaktoru olduğu, haqqında olan kitablar və dövri mətbuat materialları nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.