MƏDƏNİYYƏT


Milli Kitabxanada “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası-10” adlı kitab sərgisi açılıb

Bakı, 13 oktyabr, AZƏRTAC

Oktyabrın 13-də Milli Kitabxanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasının 10 illiyi münasibətilə “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası-10” adlı kitab sərgisi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildiriblər ki, sərgidə türkdilli dövlətlərin ölkəmizlə siyasi, iqtisadi, mədəni əlaqələri, türkdilli ölkələrin tarixi, ədəbiyyatı, siyasəti, mədəniyyəti, incəsənəti və türk dünyasının tanınmış şəxsiyyətləri haqqında Azərbaycan dilində və xarici dillərdə kitab, dövri mətbuat materialları nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.