MƏDƏNİYYƏT


Milli Kitabxanada “Xocalı soyqırımı – 29” adlı daycest virtual rejimdə istifadəçilərə təqdim edilib

Bakı, 17 fevral, AZƏRTAC

Mədəniyyət Nazirliyinin karantin tədbirləri çərçivəsində Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr edilmiş tədbirlər planına əsasən M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası “Xocalı soyqırımı – 29” adlı daycest hazırlayıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, daycestdə (“digest”- ingilis dilindən tərcümədə “xülasə”, “toplu” mənasını verir) Xocalı soyqırımı ilə bağlı 2016-2020-ci illərdə dövri mətbuat səhifələrində dərc edilmiş məqalələr araşdırılıb və seçmə yolu ilə istifadəçilərin diqqətinə çatdırılıb. Daycestin hazırlanmasında əsas məqsəd geniş istifadəçi kütləsini baş vermiş faciə haqqında materiallarla tanış etməkdən ibarətdir. Daycestdə məqalələr illər üzrə, daxildə isə əlifba ardıcıllığı ilə verilib.

Daycestlə tanış olmaq istəyənlər http://anl.az/down/Xocali.29.pdf  linkindən istifadə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.