MƏDƏNİYYƏT


Milli Kitabxanada “Zərifə Əliyeva – qaranlığa nur saçan zəka” adlı kitab sərgisi açılıb

Bakı, 26 aprel, AZƏRTAC

Aprelin 26-da Milli Kitabxanada Əməkdar elm xadimi, akademiki Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümü münasibətilə “Zərifə Əliyeva – qaranlığa nur saçan zəka” adlı geniş kitab sərgisi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə alimin Azərbaycan və xarici dillərdə olan kitabları, haqqında yazılmış əsərlər və fotoşəkillər nümayiş olunur.

Akademik Zərifə Əliyeva fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf edib, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının axtarılması yollarında dəyərli elmi-tədqiqatlar aparıb.

Görkəmli oftalmoloq-alim “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Alimin zəngin elmi irsi, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.

Sərgi bir həftə davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.