MƏDƏNİYYƏT
Milli Kitabxanada növbəti kitab sərgisi Novruz bayramına həsr edilib
Bakı, 15 mart, AZƏRTAC
Martın 15-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında milli mənəvi dəyərlərimizi özündə əks etdirən Novruz bayramı ilə əlaqədar “Azərbaycanın Milli Bayramı-Novruz” adlı kitab sərgisi açılıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə bayramın tarixi, çərşənbələr, xalq arasında yayılmış adətlər, təbiətin oyanması, habelə bayram oyunları, xalq meydan tamaşaları, ayrı-ayrı mövsüm atributları və digər ədəbiyyatlar nümayiş olunur.
On gün davam edəcək sərgi ilə hər kəs tanış ola bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [16:52]
Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər
- 23.04.2024 [13:52]