MƏDƏNİYYƏT


Milli Konservatoriyada amerikalı müğənni Toni Memmelinin solo konserti olub

Bakı, 11 aprel, AZƏRTAC

Aprelin 11-də Azərbaycan Milli Konservatoriyasında amerikalı bəstəkar-müğənni Toni Memmelinin konserti olub.

AZƏRTAC xəbər verir ki, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiə nazirliklərinin dəstəyi ilə keçirilən konsert ABŞ Dövlət Departamentinin “İncəsənət elçisi” proqramı çərçivəsində təşkil olunub.

Tədbirdə ABŞ-ın ölkəmizdəki səfiri Örl Litzenberqer iki ölkə arasında digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əlaqələrin gündən-günə inkişaf etdiyini söyləyib. Bildirib ki, “İncəsənət elçisi” proqramı çərçivəsində Amerika musiqiçilərinin mədəniyyətlərarası anlaşma və əməkdaşlığı inkişaf etdirmək üçün dünyanın müxtəlif ölkələrinə səfərləri təşkil edilir. Qeyd edilib ki, Toni Memmeli fiziki əngəlli musiqiçidir və onun proqramı fiziki əngəlli insanların və onların məhdudiyyətsiz potensialının olmasını göstərir.

Qeyd edək ki, özünəməxsus yaradıcılığı ilə tanınan ifaçının anadangəlmə sol qolu olmasa da, seçilən və yaxşı gitara ifaçısıdır. O, sol əlini əvəz edən alət düzəldərək gitarada ifa etməyi tək başına öyrənib. Müğənni ABŞ-ın 45 ştatı və dünyanın 10-dan çox ölkəsində konsert proqramı ilə çıxış edib. Bir çox nüfuzlu mükafatların sahibidir, 6 albomu işıq üzü görüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.