MƏDƏNİYYƏT
Milli Konservatoriyada tanınmış musiqişünas alimin çoxşaxəli yaradıcılıq yolundan danışılıb
Bakı, 7 dekabr, AZƏRTAC
Azərbaycan Milli Konservatoriyasında (AMK) musiqişünas alim Abbasqulu Nəcəfzadənin 60 illiyinə həsr edilmiş “Çoxşaxəli yaradıcılıq yolu” mövzusunda elmi seminar keçirilib.
Konservatoriyadan AZƏRTAC-a bildirilib ki, tədbirdə AMK-nın elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova çıxış edərək seminarın əhəmiyyətindən danışıb. Professor A.Nəcəfzadənin çoxşaxəli yaradıcılıq yolu və milli musiqimizin araşdırılmasında göstərdiyi xidmətlərindən danışan L.Hüseynova ona bundan sonrakı elmi yaradıcılığında uğurlar arzulayıb.
Tədbirdə AMK-nın rektoru, Xalq Artisti Siyavuş Kərimi professoru 60 illiyi münasibətilə təbrik edərək bildirib ki, Abbasqulu Nəcəfzadə milli musiqinin tədqiqi üzrə böyük alim və konservatoriya üçün hazırda ən əhəmiyyətli şəxslərdən biridir.
Seminar maraq doğuran suallar ətrafında qarışlıqlı müzakirələrlə davam edib.