REGİONLAR
Milli Konservatoriyanın musiqi kollecinin kollektivi Qubada konsert proqramı ilə çıxış edib
Bakı, 13 yanvar, AZƏRTAC
Yanvarın 12-də Quba Rayon Uşaq İncəsənət Məktəbində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, konsertdə Azərbaycan Milli Konservatoriyası nəzdində musiqi kollecinin müəllimləri İradə Rəfizadə, Rəna Kamilova və tələbələr iştirak ediblər.
Konsertdən əvvəl məktəbin direktoru Mirkazım Cəfərov çıxış edib, tamaşaçılara əlamətdar bayramlar münasibətilə xoş arzularını çatdırıb.
Sonra Fidan Əliyarzadə, Fatimə Məmmədzadə, Vahidə Seyidova, Röya Şahpələngova, Amalya Ağayeva, İradə Məlikova, Zəhra İsmayılova, Fidan Nəsirova, Camalə Abdinzadə, Ülkər Əsədova, Jalə Həmzəyeva, Müjgan Məmmədli və Sara Mustafayevanın ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib.
Kollecin müəllimi Rəna Kamilova məktəbin müəllim və tələbələrinə təşəkkürünü bildirib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [20:34]
Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb
- 19.04.2024 [19:30]
Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO
- 19.04.2024 [18:52]
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib
- 19.04.2024 [18:50]
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]