MƏDƏNİYYƏT


Milli Konservatoriyanın tələbə xoru Şəkidə çıxış edəcək

Bakı, 19 dekabr, AZƏRTAC

Yanvarın 2-də Azərbaycan Milli Konservatoriyası (AMK) və “Marxal Resort and Spa” kompleksinin birgə təşkilatçılığı ilə “Ana yurdum” adlı Yeni il tədbiri keçiriləcək.

AMK-dan AZƏRTAC-a bildirilib ki, tədbir Şəki şəhəri Kiş kəndində, “Marxal Resort and Spa” kompleksinin Nuxa restoranında reallaşacaq. Tədbirdə AMK-nın tələbə xoru konsert proqramı ilə çıxış edəcək. Xorun repertuarında Azərbaycanın məşhur xalq və bəstəkar mahnıları, həmçinin dünya musiqisindən nümunələr yer alıb.

Konsertin keçirilməsində məqsəd, müasir Azərbaycan dinləyicisini xor musiqi mədəniyyəti ilə yaxından tanış etmək və insanlara vaxtını daha səmərəli keçirə biləcəyi Yeni il konserti təqdim etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.