İQTİSADİYYAT


Milli Məclis 2022-ci il dövlət büdcəsi haqqında qanun layihəsini ikinci oxunuşda qəbul edib

Bakı, 23 noyabr, AZƏRTAC

Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq 2022-ci il dövlət büdcəsi haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi parlamentin noyabrın 23-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsinə əsasən, 2022-ci il dövlət büdcəsinin gəlirləri 26 816 000,0 min manat, o cümlədən mərkəzləşdirilmiş gəlirlər 25 874 497,0 min manat, yerli gəlirlər isə 941 503,0 min manat müəyyən olunub.

2022-ci il dövlət büdcəsinin xərcləri 29 879 000,0 min manat, o cümlədən mərkəzləşdirilmiş xərcləri 28 900 041,0 min manat, yerli xərcləri isə 978 959,0 min manat məbləğində müəyyənləşdirilib.

İcmal büdcənin gəlirləri 27 milyard 677 milyon manat, icmal büdcənin xərcləri isə 32 milyard 906 milyon manat məbləğində nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.