SİYASƏT


Milli Məclis Azərbaycan və Türkmənistan arasında “Dostluq” yatağı ilə bağlı Anlaşma Memorandumunu təsdiq edib

Bakı, 23 fevral, Səadət Hakıyeva, AZƏRTAC

Milli Məclisin fevralın 23-də keçirilən plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.

AZƏRTAC xəbər verir ki, müzakirələrdə deputatlar sənədin əhəmiyyətindən bəhs edib, Anlaşma Memorandumunun iki ölkə arasında əməkdaşlığın inkişafına töhfə verəcəyini vurğulayıblar.

Müzakirələrdən sonra sənəd səsvermə yolu ilə təsdiqlənib.

Qeyd edək ki, bu sənəd cari il yanvarın 21-də imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.