Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Məclis İran parlamentinə cavab bəyanatı qəbul edib YENİLƏNİB

Milli Məclis İran parlamentinə cavab bəyanatı qəbul edib YENİLƏNİB

Bakı, 7 aprel, AZƏRTAC

Milli Məclis İran parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qərəzli sənədlə bağlı bəyanat layihəsini hazırlayıb.

Bəyanat parlamentin aprelin 7-də keçirilən plenar iclasında qəbul edilib.

AZƏRTAC bəyanatı təqdim edir.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının İsrail Dövlətində Səfirliyinin açılması ilə bağlı İran İslam Respublikası parlamentinin aprelin 5-də bəyanat qəbul etməsini Azərbaycan dövlətinin daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirir. Azərbaycan Respublikasının suverenliyinə və müstəqilliyinə açıq hörmətsizliyin ifadəsi olan bu bəyanat İran tərəfinin Azərbaycana qarşı həyata keçirdiyi növbəti siyasi təxribatdır.

Təəssüf ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanmasına, şəhər və kəndlərimizin viran qoyulmasına, milli sərvətlərimizin talan edilməsinə, tarix, mədəniyyət və din abidələrimizin, o cümlədən məscidlərimizin dağıdılmasına göz yuman, hətta təcavüzkara bir çox əməllərində dəstək verən İran İkinci Qarabağ müharibəsi nəticəsində torpaqlarımız düşmən əsarətindən azad edildikdən sonra Azərbaycana qarşı açıq fəaliyyətə keçmişdir. Belə görünür ki, İran silahlı qüvvələrinin Azərbaycan sərhədləri yaxınlığında müntəzəm hərbi təlimlər keçirməsi, Azərbaycan Respublikasının Tehran şəhərindəki Səfirliyinə qarşı terror aktı törədilməsi, on minlərcə azərbaycanlının zorla qovulduğu Ermənistanın Qafan şəhərində İran konsulluğunun açılması, Təbrizdə Ermənistanın baş konsulluğunun açılmasına razılıq verilməsi, Ermənistanla Azərbaycan arasında normallaşma prosesinə mane olmaq cəhdləri və digər bəd niyyətli hərəkətlər eyni bir zəncirin həlqələridir. Xüsusən, İranda Azərbaycan dövləti əleyhinə aparılan təhdid, böhtan və qarayaxma kampaniyasının son dövrdə geniş vüsət alması, İran xüsusi xidmət orqanlarının ölkəmizdə yaratdıqları casus şəbəkəsinin ifşa edilməsi, Azərbaycanda yalan təbliğatla aldadılmış insanların radikal dini ideyalar ətrafında birləşdirilməsi cəhdləri ciddi narahatlıq doğurur.

Azərbaycan Respublikasının Milli Məclisi bildirir ki, Azərbaycan Respublikasının İsrail Dövlətində Səfirliyinin açılması müstəqil dövlət kimi onun suveren hüququdur və bununla əlaqədar Azərbaycana qarşı irəli sürülən əsassız ittihamlar qəbuledilməzdir. Qeyd olunmalıdır ki, İsraildə Türkiyə, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Bosniya və Herseqovina, Albaniya, Misir, İordaniya, Qazaxıstan, Özbəkistan, Mərakeş, Nigeriya, Çad, Kot-d'İvuar kimi müsəlman ölkələrinin diplomatik nümayəndəlikləri fəaliyyət göstərir. Bu ölkələrin heç biri İranın Azərbaycana qarşı göstərdiyi qeyri-adekvat, qərəzli və radikal münasibətin şahidi olmayıb.

Azərbaycan Respublikası xarici siyasət kursuna uyğun olaraq, Fələstin Dövlətində də Nümayəndəliyini açmışdır. Bu, iki ölkə və xalq arasında möhkəm dostluq və qardaşlıq münasibətlərinin təzahürüdür və bu münasibətlərə hər hansı üçüncü tərəfin, o cümlədən İranın müdaxilə etməsi yolverilməzdir. Azərbaycanla Fələstin arasında münasibətlər həmişə yüksələn xətlə inkişaf etmişdir. Azərbaycan Fələstin məsələsi ilə bağlı daim həmrəylik göstərmiş, BMT-nin müvafiq qətnamə və qərarlarına müvafiq surətdə İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini davamlı olaraq dəstəkləmiş və bu mövqeyini Qoşulmama Hərəkatı, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində nümayiş etdirib.

Şərh edilənlər özünü müsəlmanların müdafiəçisi və hamisi kimi qələmə verən İranın, əslində, ikiüzlü siyasət yeritdiyini və məkrli siyasi maraqlarını təmin etmək üçün hər bir vasitədən istifadə etməyə hazır olduğunu göstərir. Azərbaycan Respublikasının Milli Məclisi İran tərəfinin Azərbaycana qarşı müntəzəm xarakter alan təxribat əməllərini qətiyyətlə pisləyir və rədd edir, ölkəmizi hədəf alan qərəzli fəaliyyətdən əl çəkməsini tələb edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cənubi Koreya mətbuatında 20 Yanvara dair məqalələr dərc olunub

Naxçıvanda bələdiyyə seçkilərində polisin xidməti fəaliyyətinə həsr olunan seminar-müşavirə keçirilib

Bugünkü hərracda tələb 53,2 milyon dollar təşkil edib

Azərbaycan millisinin baş məşqçisi Gəncədə yeniyetmə və gənc voleybolçularla görüşüb

Türkiyəli basketbolçu NBA tarixinə düşüb

Prezident İlham Əliyev Davosda Latviya Prezidenti ilə görüşüb

Elektroenergetika və bərpaolunan enerji standartlaşdırılması üzrə Texniki Komitənin növbəti iclası keçirilib

BDU-da qış imtahan sessiyası davam edir

24 saylı Nizami birinci seçki dairəsinin dairə seçki komissiyasında bələdiyyə seçkiləri ilə bağlı treninqlər keçirilir

Ötən il sosial sahədə elektron xidmətlərə müraciət edənlərin sayı açıqlanıb

Mouhidine Mahamoud: Fransanın kolonial və müstəmləkəçi iştahasına sona qoyması üçün birlikdə çalışmalıyıq

Tramp Kubanı yenidən terroru maliyyələşdirən ölkələr siyahısına salıb

“Azərbaycanım” jurnalının baş redaktoru Belarus Yazıçılar Birliyinin üzvü seçilib

Buzovnadakı “Dükkan” restoranında istehlaka yararsız məhsullar aşkarlanıb

Hacıqabulda vətəndaşların sosial məsələlərlə bağlı müraciətləri dinləniləcək

Azərbaycan və Gürcüstan arasındakı münasibətlər bütün sahələrdə inkişaf edir – ŞƏRH

Fariz İsmayılzadə: Britaniya-Azərbaycan münasibətləri sürətlə inkişaf edir VİDEO

FHN Xaçmazda baş verən qəza ilə bağlı açıqlama yayıb - YENİLƏNİB

Lənkəranda unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində antisanitar vəziyyət aşkarlanıb

Bakıda “Amerika cazı ilə əlaqədar monoloq” tamaşası uğurla nümayiş etdirilib

İşə düzəltmə adı altında 57 nəfəri aldadan şəxs polis tərəfindən saxlanılıb

Masallıda 11 il əvvəl törədilmiş quldurluq cinayətinin üstü açılıb

Britaniya Parlamentinin üzvü: COP29 gələcək iqlim təşəbbüsləri üçün möhkəm baza yaradıb

Maore Komitəsinin baş katibi: Biz birləşsək, müstəmləkəçiliyə qarşı mübarizədə daha güclü olarıq

Sumqayıtda yataqxanada yanğın baş verib

Nərimanov, Yasamal və Suraxanıda, ümumilikdə, 20 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb

Rusiyalı rejissor: Azərbaycan bütün qonşuları ilə dinc yanaşı yaşamağa çalışır

Pediatr düzgün mikroiqlimin təmin edilməsinin vacibliyindən danışıb

Fatima Mze Said: Biz neokolonial sistemə qarşı mübarizə aparmalıyıq

Azərbaycan və Gürcüstan regionda sülhü və təhlükəsizliyi birlikdə qoruyur

Azərbaycan-Gürcüstan müttəfiqliyi fəal siyasi dialoqun nəticəsidir ŞƏRH

Heykəltaraş-rəssam: Bu sənət təkcə əllərin yox, həm də ruhun işidir

Türkiyədə yanğında ölənlərin sayı 10-a çatıb

Səfir: Ölümündən sonra da olsa, Qanlı Yanvarın günahkarlarının məhkum edilməsinə nail olmalıyıq VİDEO

Afrikalı fəal: Reyunyonda 200 min insan yaşayış yeri problemi ilə üzləşib

DSMF: Ötən il sığortaolunanların sayı artıb

Bu gün qadın voleybolçular arasında Yüksək Liqada VII turun görüşləri keçiriləcək

Ukraynalı ekspert: ABŞ Ukraynada prezident seçkilərinin keçirilməsini israr edir

Xocalı şəhəri yaşıllığa bürünür FOTO

Çempionlar Liqası: “Barselona” “Benfika”, “Bayer” “Atletiko”, “Lill” “Liverpul” səfərində

Avropa Liqası: “Qalatasaray” bu gün autsayder “Dinamo”nu qəbul edəcək

Qazaxıstan millisinin qapıçısı “Sabah”a keçib

Fuad Muradov: Türkiyə xalqı öz gələcəyini Azərbaycanla sıx qarşılıqlı fəaliyyətdə görür

® “Avrora” şirkəti yeni vakansiyalar elan edib

Cənubi Qafqazın üç dövlətindən ikisi xarici diktəni qəbul etmir – ŞƏRH

Benjamin Kleman: Fransa Reyunyonda uşaqların öz kimliyini unutması üçün məqsədli şəkildə addımlar atırdı

Niderlandda ölkəmizi təmsil edəcək tələbələrlə görüş olub

Qida Təhlükəsizliyi Agentliyinin sədri sahibkarlarla görüşəcək

Vətəndaşların işi Şuşada da ASANdır – FOTOLAR

Dünya birjalarında neft ucuzlaşıb

Azərbaycan qlobal iqlim gündəliyinin irəli aparılması üçün təqdirəlayiq işlər görüb

Azərbaycan neftinin qiyməti 83 dollardan aşağı düşüb

Sabirabadda narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanılıb VİDEO

Romen Katambara: Fransa mədəniyyətimizi assimilyasiyaya uğratmaq istəyir ki, kimliyimizi unudaq

Zahid Oruc: Reyunyon qlobal güclərin əlində nüvə silahı üçün plasdarmdır

"Ka Ubuntu" müstəqillik hərəkatının sədri: Fransaya qarşı apardığımız mübarizə fonunda burada olmağımız çox vacibdir

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb

Abbas Abbasov: Reyunyonda insanlığa qarşı amansız cinayətlər törədilib

Türkiyədə oteldə yanğın baş verib, ölən və yaralananlar var

İmişlidə 17 yaşlı sürücü barəsində həbs qətimkan tədbiri seçilib

“Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış” adlı konfrans keçirilir

20 Yanvar şəhidlərinin xatirəsi Berlində ehtiramla yad edilib

Tramp Meksika ilə sərhəddə fövqəladə vəziyyət elan edib

ABŞ Ümumdünya Səhiyyə Təşkilatından çıxır

Donald Tramp Putinlə görüşməyə hazır olduğunu açıqlayıb

ABŞ Prezidenti 6 yanvar iğtişaşlarının iştirakçılarını əfv edib

Şimali Koreya Yaponiyanın NATO-da nümayəndəlik açmasına etiraz edir

Livanda fransız dilinin mövqeyi zəifləyir

Tramp ABŞ-ı növbəti dəfə Paris İqlim Sazişindən çıxarıb

İraqlı alim 20 Yanvar faciəsi ilə bağlı məqalə yazıb

Ankarada Türkiyə ilə İsveç arasında Təhlükəsizlik Mexanizminin iclası keçiriləcək

Azərbaycanın Türkmənistandakı səfirliyi 20 Yanvar faciəsi ilə bağlı məlumatlandırma tədbirləri həyata keçirib

Parisdə 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib VİDEO

Tramp 47-ci prezident kimi yenidən Ağ evə daxil olub

Senat Marko Rubionu dövlət katibi vəzifəsinə təsdiqləyib

Con Ratklifin Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri vəzifəsinə namizədliyi təsdiqlənib

Küveytdə 20 Yanvar faciəsi ilə bağlı məlumatlandırma tədbiri keçirilib

Serbiya Balkan regionunun ən güclü ordusuna malikdir

Roma Papası: ABŞ-ın Donald Trampın rəhbərliyi ilə çiçəklənəcəyinə ümidvaram

İtaliya, Sloveniya və Xorvatiya qanunsuz miqrasiya ilə mübarizədə səylərini gücləndirir

20 Yanvar şəhidlərinin xatirəsi Strasburqda anılıb

Zelenskidən Trampa təbrik mesajı: Ukraynalılar həqiqi sülhə nail olmaq üçün amerikalılarla birlikdə işləməyə hazırdırlar

"Mançester Siti" Özbəkistan millisinin futbolçusunu transfer edib

Tələbə gənclər təşkilatları 20 Yanvar - Ümumxalq Hüzn Gününün ildönümü ilə bağlı silsilə tədbirlər keçirib

Superliqa: "Trabzonspor"dan böyük hesablı qələbə

Rumıniyada 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Aktauda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Ankarada 20 Yanvar faciəsinin şəhidləri yad edilib

Prezident İlham Əliyev Davosda “OliverWyman Group” şirkətinin Baş icraçı direktoru ilə görüşüb VİDEO

Tramp qısa müddətdə Meksika körfəzinin adını Amerika körfəzi olaraq dəyişdirəcəyini açıqlayıb

Tramp: Amerikanın qızıl dövrü başlayır

20 Yanvar şəhidləri İsraildə anılıb

Donald Tramp ABŞ-ın yeni prezidenti qismində and içib VİDEO

Hamburq limanında bərənin qəzaya uğraması nəticəsində 11 nəfər xəsarət alıb

Praqada 20 Yanvar faciəsinə həsr olunan anım mərasimi keçirilib

Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib YENİLƏNƏCƏK

Moldova portalı Qanlı Yanvar hadisələrindən yazıb

20 Yanvar – Ümumxalq Hüzn Günü Budapeştdə yad edilib

Bayden və Tramp andiçmədən əvvəl Ağ evdə görüşüblər

Medianın İnkişafı Agentliyinin və Audiovizual Şuranın nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər