SİYASƏT


Milli Məclis Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyətinə dair illik hesabatını məqbul hesab edib

Bakı, 9 aprel, AZƏRTAC

Milli Məclis Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyətinə dair illik hesabatını məqbul hesab edib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı dinlənilib. Karantin rejimi ilə əlaqədar olaraq Baş Nazir Əli Əsədov hesabatı videoformatda təqdim edib.

Hesabat dinlənildikdən sonra müzakirələr aparılıb.

Müzakirələrdən sonra hesabat səsə qoyularaq qəbul olunub.

Sədr bildirib ki, müzakirələrin videoyazısı, stenoqramı Nazirlər Kabinetinə göndəriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.