Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Milli Məclis komitələrinin birgə iclasında 2023-cü ilin dövlət büdcəsi müzakirə edilib

Bakı, 4 noyabr, AZƏRTAC

Noyabrın 4-də Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə toplantısında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev bu günlərdə qeyd ediləcək Zəfər Günü, Bayraq Günü və qarşıdan gələn Konstitusiya Günü münasibətilə iclas iştirakçılarını təbrik edib.

Vitse-spiker bildirib ki, Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət və iqtisadi strategiya Azərbaycan iqtisadiyyatını dünyada baş verən siyasi-iqtisadi kataklizmlərdən qorumağa imkan verib. Bunun nəticəsində hazırkı böhranlı və çağırışlarla dolu beynəlxalq şəraitdə Azərbaycan iqtisadiyyatında artım müşahidə olunur.

Adil Əliyev qeyd edib ki, bu il ərzində Ermənistan tərəfindən dəfələrlə bizə qarşı silahlı təxribatların törədilməsi və ölkəmizin milli təhlükəsizliyini təhdid edən digər halların baş verməsi hərbi qüdrətimizin artırılmasını labüd edir və bu zərurət dövlət büdcəsinin hərbi xərclər hissəsində öz əksini tapıb. Eyni zamanda, dövlətimiz büdcənin sosialyönümlü olmasına sadiq qalır.

Milli Məclis sədrinin müavini diqqətə çatdırıb ki, digər prioritet istiqamət isə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır. Bu yaxınlarda Zəngilan Beynəlxalq Hava Limanının açılışı və Zəngilanın Ağalı kəndinə doğma sakinlərinin qayıdışı bu istiqamətdə görülən işlərin uğurundan xəbər verir. O, qeyd edib ki, Böyük Qayıdış mühüm strateji məsələdir və təbii ki, bu amil 2023-cü ilin dövlət büdcəsində də nəzərə alınıb.

Sonra maliyyə naziri Samir Şərifov çıxış edərək bildirib ki, 2023-cü ilin dövlət büdcəsinin xərcləri 33 milyard 300 milyon manat məbləğində təklif olunur. 2023-cü il və sonrakı 3 il üzrə dövlət büdcəsi müdafiə və təhlükəsizlik, dövlət borcuna xidmət və digər xərclərin təmin edilməsi ilə yanaşı, iqtisadi artımı və sahibkarlığın inkişafını dəstəkləyən, həssas və aztəminatlı əhalinin sosial müdafiəsi, elm, təhsil, səhiyyə, sosial təminat və digər sahələrdə islahatların davamını təmin edən proqram və tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək.

Nəzərə çatdırılıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ölkəmizin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da yüksəldilməsini, ordu quruculuğunun daim müasirləşdirilməsini ən ümdə və prioritet vəzifələr sırasına daxil edib. Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olması, rəşadətli Ordumuzun gücünün və qüdrətinin daim artırılmasını tələb edir. Qeyd olunan çağırışlar fonunda növbəti ilin dövlət büdcəsi xərclərinin 24,2 faizi və yaxud 8 milyard 63 milyon manatı müdafiə və hüquq-mühafizə xərclərinə yönəldiləcək. Bu da cari illə müqayisədə 6,6 faiz çoxdur. Bununla yanaşı, əsas prioritet vəzifələrdən biri kimi qəbul edilən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə 5 milyard 244 milyon manat, o cümlədən strategiyanın əsaslı xərclər komponenti üzrə 4 milyard 100 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Həmin əsaslı xərclərin 3 milyard manatlıq hissəsi məhz işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin, Böyük Qayıdışın təmin etdirilməsi üçün yaşayış və qeyri-yaşayış infrastrukturunun tikintisinə və digər tədbirlərə yönəldiləcək.

Ölkənin ərzaq təhlükəsizliyinin etibarlı və dayanıqlı təminatının, kənd təsərrüfatının aparıcı sahələrinin inkişaf etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini deyən nazir növbəti ildə bu istiqamət üzrə 1 milyard 202 milyon manat vəsaitin ayrılacağını bildirib.

Sonra iclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxış edərək diqqətə çatdırıb ki, 2023-cü ilin dövlət büdcəsinin layihəsi ilə bağlı Palatanın rəyində 3 əsas məsələyə - təqdim edilən sənədlərin tamlığına və mövcud qanunvericiliyin tələblərinə uyğunluğuna, büdcə parametrlərinin makrogöstəricilərə və strateji sənədlərə adekvatlığına və büdcə parametrlərinə dair hesablamaların əsaslılığına və doğruluğuna diqqət yetirilib.

Qeyd edilib ki, “Büdcə zərfi”ndə təqdim edilən sənədlərdə bir sıra yeniliklər tətbiq edilib. Belə ki, vergi və gömrük sahəsində tətbiq olunan güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsiri qiymətləndirilib, ilk dəfə olaraq qeyri-neft ÜDM-i müxtəlif ssenarilərlə təqdim edilib və onun fiskal göstəricilərlə əlaqələndirilməsi həyata keçirilib. Eyni zamanda, məlumatların keyfiyyətinin və həcminin yüksəldilməsi istiqamətində də addımlar atılıb. “Büdcə zərfi”ndə Hesablama Palatasının rəylərində qeyd edilmiş bəzi məqamlar, eyni zamanda, layihənin tərtib edilməsi zamanı müzakirələrdə qaldırılan məsələlər də nəzərə alınıb.

Sonra iclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxış edərək Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun növbəti il üçün nəzərdə tutulan büdcələri barədə məlumat verib. Bildirib ki, növbəti ilin büdcəsi gəlir və xərclər üzrə balanslaşdırılaraq 6 milyard 264 milyon manat məbləğində qiymətləndirilib. Bu isə cari ildəki məbləğdən 658 milyon və ya 12 faiz artıqdır. Bu gəlirlər çərçivəsində məcburi dövlət sosial sığorta üzrə gəlirlər 4 milyard 784 milyon manat proqnozlaşdırılır. Bu isə cari ilə nisbətən 10 faiz və ya 422 milyon manat artıqdır. Transfertin həcmi isə 1 milyard 468 milyon manat məbləğində müəyyən edilib. Dövlət büdcəsi tərəfindən dövlət öhdəliklərinin ödənilməsi məqsədi ilə həyata keçirilən bu transfertin ümumi gəlirdəki payı növbəti il ərzində 23 faiz təşkil edəcək.

Nazir bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun xərclərinin 97 faizi, yəni 6 milyard 78 milyon manatı əhaliyə ödənişlərin payına düşür. Bu da cari illə müqayisədə 12 faiz artıq deməkdir. Əmək pensiyalarının maliyyələşdirilməsinə 5 milyard 907 milyon manat və ya cari ildən 650 milyon manat artıq, məcburi dövlət sosial sığorta hesabına verilən müavinətlərə isə 170 milyon manat yönəldiləcək.

Sahil Babayev bildirib ki, əmək pensiyalarının orta aylıq məbləği cari ildə 371 manat, yaşa görə əmək pensiyalarının orta məbləği isə 400 manat təşkil edir. Növbəti ildə orta məbləğlərdə ciddi artım gözlənilir və yaşa görə göstəricinin 450 manatın üzərinə, ümumilikdə əmək pensiyalarının orta aylıq məbləğinin isə 420 manatın üzərinə çıxacağı proqnazlaşdırılır.

Sosial sahədə aparılan islahatların beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildiyini deyən Sahil Babayev 2022-ci il ərzində Dövlət Sosial Müdafiə Fondu, DOST Agentliyi və Nazirliyin digər sosial sahədə fəaliyyət göstərən strukturlarının 11 beynəlxalq mükafat əldə etdiyini qeyd edib. Eyni zamanda, bu qurumlar xidmət keyfiyyətinin artırılması, paralel olaraq şəffaflığın, korrupsiyaya qarşı mübarizənin təmin edilməsi istiqamətində də 12 beynəlxalq ISO sertifikatı ilə təltif olunublar.

İşsizlikdən Sığorta Fondunun büdcəsi ilə bağlı məlumat verən nazir bildirib ki, növbəti ildə fondun büdcəsi 212 milyon 700 min manat məbləğində proqnozlaşdırılır. Burada sığorta haqları üzrə gəlirlər 159,6 milyon manat, 53 milyon manat isə ehtiyatdan cəlb edilən vəsait kimi proqnozlaşdırılır. İşsizliyə görə sığorta ödənişinin əhatə dairəsinin artırılması və 11 milyon manat olaraq həyata keçirilməsi proqnozlaşdırılır.

Sonra iclasda 2023-cü ilin dövlət büdcəsi layihəsi ilə bağlı Milli Məclisin komitə sədrləri öz fikirlərini açıqlayıblar.

Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində bu il müstəqillik dövrünün ən böyük büdcəsini qəbul edirik. Dünyada baş verən iqtisadi böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatı davamlı şəkildə inkişafı edir, ölkədəki sosial məsələlərin həllinə, yeni iş yerlərinin açılmasına, abadlıq-quruculuq işlərinə xüsusi diqqət göstərilir.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, 2023-cü ilin dövlət büdcəsi postmüharibə və postpandemiya dövründə qarşıya qoyulan məsələlərin həllinə yönəlik maliyyələşmə mexanizmlərini və imkanlarını özündə əks etdirir. Büdcə layihəsi əvvəlki illərdə olduğu kimi, sosialyönümlüdür. Son beş ildə büdcənin sosialyönümlü xərclərinin iki dəfə artdığını söyləyən Musa Quliyev deyib ki, bu da Azərbaycan vətəndaşlarının sosial rifahının daim diqqətdə saxlanıldığını bir daha göstərir.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, növbəti ilin dövlət büdcəsində ətraf mühitin və təbiətin mühafizəsi, bioloji zənginliyin qorunması, torpaq və yer quruluşu, hidrometrologiya, meşə təsərrüfatı, balıqçılıq və ovçuluq, ərazilərin təmizlənməsi və digər sahələrlə bağlı ayrılan vəsait əvvəlki illə müqayisədə 79 milyon manat çoxdur. Ölkəmizdəki ekoloji vəziyyət və bununla mübarizə məsələlərinə toxunan Sadiq Qurbanov görülə biləcək tədbirlərlə bağlı təkliflərini səsləndirib.

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev növbəti ilin dövlət büdcəsinin bu günün reallıqlarını özündə əks etdirdiyini bildirib. Qeyd edib ki, cari ildə Ümumi Daxili Məhsulun, valyuta ehtiyatlarının, əhalinin pul gəlirlərinin, əməkhaqlarının artımı Azərbaycan iqtisadiyyatının dayanıqlılığını və davamlılığını bir daha göstərir. Bütün bunlar Prezident İlham Əliyevin yürütdüyü sosial-iqtisadi siyasətin, eləcə də bu sahədə çalışan insanların peşəkarlığının nəticəsidir.

Sonra 2023-cü ilin dövlət büdcəsinin layihəsi ətrafında geniş müzakirələr aparılıb. Müzakirələrdə çıxış edən Milli Məclisin deputatları Şahin İsmayılov, Asim Mollazadə, Etibar Əliyev, Jalə Əliyeva, Soltan Məmmədov, Naqif Həmzəyev, Kamran Bayramov, Məlahət İbrahimqızı, Sevinc Hüseynova büdcə layihəsi, onun parametrləri, proqnoz göstəriciləri, gəlirləri, xərc istiqamətləri kimi məsələlərlə bağlı rəy və təkliflərini hökumət üzvlərinin diqqətinə çatdırıblar.

Maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov qaldırılan məsələlərə aydınlıq gətiriblər, deputatların suallarını cavablandırıblar, səsləndirdikləri təkliflərlə bağlı fikirlərini bildiriblər.

İclasın sonunda “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

Fransanın qərəzli və pozucu mövqeyi regionda dayanıqlı sülhün yaranmasına böyük təhdiddir – ŞƏRH

Hindistanda daşqınlar nəticəsində azı 43 nəfər itkin düşüb

İsveç klubunun üç futbolçusu “Qarabağ”la oyunu buraxacaq

Reinteqrasiya prosesinə qoşulmaq məqsədilə bu günədək portal vasitəsilə 98 müraciət qeydə alınıb

Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir

Beynəlxalq Qızıl Xaç Komitəsi itkin düşmüş şəxslərlə əlaqədar media nümayəndələri üçün seminar keçirəcək

Ümumdünya Kosmos Həftəsi çərçivəsində BDU-da “Kosmos hüququ” mövzusunda seminar keçirilib

Şəhid Cahid Qəniyevin ailəsi ziyarət edilib

Azərbaycan cüdoçusu dünya çempionatının finalına yüksəlib

Moskvada azərbaycanlı şairin xatirəsi anılıb

Sahibkarlarla görüşdə qida məhsullarının daşınması və çatdırılması tələbləri ilə bağlı izahatlar verilib

“Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasına heç-heçə ilə başlayıb

Ucuzu 20, ən bahalısı 60 manat - Bakıda keçirilən bal yarmarkasından REPORTAJ

Oktyabrın 5-nə olan USD/AZN rəsmi məzənnəsi

Qubada “And yerimiz – şəhidlər” kitabının təqdimatı olub

Cari tədris ilində 175 nəfər məktəb direktoru vəzifəsinə təyin edilib - EKSKLÜZİV

Qlobal İnnovasiya İndeksində UNEC ölkənin innovasiyanı ən yaxşı tətbiq edən universitetidir

DİM-də fizika və rus dili fənləri üzrə imtahan proqramları müzakirə edilib

Profilaktik tədbirlər və maarifləndirmə yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaqda mühüm rol oynayır

® Yenilənmiş “Nar”ı hiss et və hədiyyələr qazan!

İstiqlal Muzeyində növbəti sərgi - “Müqəddəs andım”

Vətən müharibəsi tarixinə dair yeni nəşrlər işıq üzü görüb

® “Rabitəbank”dan nağd pul krediti üzrə payız kampaniyası!

Böyük Britaniya və İrlandiya indi “Avro-2028”ə ev sahibliyi etmək istəyən tək namizəddir

Azərbaycanlı violin ifaçısı Avstriyada və Çexiyada konsert proqramı ilə çıxış edəcək

Mənzil üzərində mülkiyyət hüququ necə rəsmiləşdirilir?

Dillər Universitetinin Konfutsi İnstitutu Çin şirkətlərinin sərgisində iştirak edib

Alman nəşri: Katrin Kolonna Aİ-ni “qətiyyətlə” Ermənistanın tərəfini tutmağa məcbur edir

Füzulidə “Ölümə qənşər-2” bədii-sənədli filminin təqdimatı olub

“Azərkosmos” və İCESCO Azərbaycanda kosmos sahəsində ilk investisiya layihəsini həyata keçirəcəklərVİDEO

Astronavtlar Milli Aviasiya Akademiyasının qonağı olublar

Azərbaycan və Türkiyə iş adamları arasında biznes sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycanın haqq səsini dünyaya çatdıran QHT-lər

® Ölkənin ilk brend rezidensiyası - The Ritz-Carlton Residences, Baku ilə yeni həyatı kəşf edin

Ümumukrayna Gənclərinin Ekoloji Forumunda Qarabağ bölgəsində ekoloji terror mövzusuna toxunulub

Bakıda “Go Green” sərgisi açılıb

Fransada nəşr edilmiş kitabda Azərbaycan tarixi abidələrindən də bəhs olunub

Deputat: Cəbrayılın azad edilməsi Prezident-xalq-Ordu birliyinin gücünün və qətiyyətinin sübutudur

Rusiya XİN: Moskva Qarabağ ermənilərinin bir hissəsinin qayıtmaq istədiyi barədə informasiya alır

“Azərreyl” voleybol klubu yeni mövsümün hazırlığına başlayıb

Tələbələr mediasiya ilə bağlı maarifləndirilib

Maldiv Respublikasının yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Məhəmməd Muizzuya

“Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 avqust tarixli 429 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Ağsuda Antik dövrə aid nekropolda aparılan tədqiqat yekunlaşıb

“Hekken” – “Qarabağ” oyununun hakimi Azərbaycan çempionunu favorit hesab edir

Otuz il sonra Qazaxın bu kəndində uşaq bağçası fəaliyyətə başlayıb 

Rəsədxana əməkdaşı Estoniyada elmi araşdırma aparır

Bakıdakı Rus evində “Çox sağ olun, müəllimlər!” adlı bayram konserti keçirilib

“Xəzri-2023” birgə taktiki təlimində Azərbaycan və Qazaxıstanın hərbi dənizçiləri yüksək peşəkarlıq nümayiş etdirirlər VİDEO

Cəlilabad sakininin intihar faktı üzrə başlanmış cinayət işinin istintaqı yekunlaşıb

İcma: Ermənilərin Qarabağa qayıtmasının vacibliyini vurğulayan Toyvo Klaarın Qərbi azərbaycanlıların qayıdışından danışmaması qəbuledilməzdir

“Hekken”in baş məşqçisi: “Qarabağ” avrokuboklarda böyük təcrübəyə malikdir

İndoneziya mətbuatında Ulu Öndər Heydər Əliyevə həsr edilmiş məqalə dərc olunub

Türkiyəli professor AzMİU-nun müəllim və tələbələri ilə fikir mübadiləsi aparıb

Daha bir qrup Vətən müharibəsi veteranı üçün kiçik bizneslər yaradılıb

Təhsilin İnkişafı Fondu ilə “NEQSOL Holding” arasında əməkdaşlıq memorandumu imzalanıb

Bakıda kosmos proqramlarının planetin gələcəyindəki rolu müzakirə olunub

Leyla Abdullayeva: Fransanın Ermənistana göstərə biləcəyi ən böyük yardım onu sülh müqaviləsini imzalamağa inandırmaqdır

Rusiya XİN: Zəngəzur dəhlizinin açılması üzərində iş davam edir

Təhsil işçiləri üçün vətəndaş məmnunluğunun artırılması mövzusunda təlimlər keçirilir

Avropa Komissiyası Çin elektromobillərinə qarşı təhqiqata başlayıb

Azərbaycanın U-21 yığması oyunlarını “Azersun Arena”da keçirəcək

AZSTAND növbəti dəfə TürkAK tərəfindən akkreditasiya olunub

AVRO-2032 Türkiyə və İtaliyada keçirilə bilər

DYP mövcud hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib VİDEO

Xoşbəxt Bağı oğlu Yusifzadə

® “Unibank” müəllimlər üçün kredit kampaniyası keçirir

ŞƏT-ə üzv ölkələr Azərbaycan iqtisadiyyatına 12 milyard dollardan çox investisiya qoyub

Dövlət Kukla Teatrının direktoru: Heç zaman məcburən bilet satdırmamışıq - MÜSAHİBƏ

Bolqarıstanın Baş naziri: Şengen zonasına qəbul edilməməyimiz müxalifəti gücləndirəcək

Beynəlxalq Muğam Mərkəzində Aşıq Veysəlin xatirəsi yad olunub

RF XİN İstanbulda ABŞ, Aİ və Rusiya nümayəndələrinin Qarabağla bağlı görüşü haqqında informasiyanı təsdiq edib

“A-hub Akselerasiya Proqramı”nın açılış mərasimi keçirilib

Moskvada Hacı Zeynalabdin Tağıyevə həsr olunmuş sərgi açılacaq

XİN: Ermənistan XİN-in Azərbaycan tərəfindən erməni separatçıların həbsinə dair etiraz bəyanatını qətiyyətlə pisləyirik

Milli Kitabxanada Cəbrayıl Şəhəri Gününə həsr olunmuş ənənəvi kitab sərgisi açılıb

Cəbrayılın azad olunması Ordumuzun zabit və əsgərlərinin şücaətinin nəticəsidir – AÇIQLAMA

Eldar Əzizov: Memarların intellektual əməyinə böyük tələbat var

“Qərbi Azərbaycan aşıqları” adlı şeir antologiyası hazırlanır

Otuz il əvvəl itkin düşən Seyfulla Tairovun Edillidə aşkarlanan nəşinin qalıqları Saatlıda torpağa tapşırılıb VİDEO

SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Fəxri xiyabanda dəfn olunub VİDEO

Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunun alimi BDU tələbələri ilə görüşüb

Bakıda dünya çempionu olan koreyalı taekvondoçu Azərbaycan millisinin məşqinə qatılıb

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub

® “Birbank Biznes”də yeni “Sürətli kredit” məhsulu istifadəyə verildi

Abşeron yarımadasının bəzi yerlərində leysan yağacağı gözlənilir

Kimya sahəsində Nobel mükafatına layiq görülən alimlərin adları açıqlanıb

Çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlandı

Vəli Qasımov: Yaşım artdıqca, daha da cavanlaşdığımı hiss edirəm - MÜSAHİBƏ

Yaşıl mələk kimi

NASA Ayda binalar tikməyi planlaşdırır

Yaponiyada Qara Qarayevin iki əsərindən ibarət kitab çap olunub

Beynəlxalq Astronavtika Konqresində növbəti plenar iclasda Çinin bu sahədə uğurlarından danışılıb

Basketbolçu Maykl Cordan ən varlı 400 amerikalının sırasında yer alıb

Güclü təsir edən maddələri satış məqsədilə qanunsuz hazırlayanlar məsuliyyətə cəlb olunacaqlar

Bilgəh qəsəbəsində Beynəlxalq Ahıllar Günü qeyd edilib

Daşaltıda nəşinin qalıqları tapılan Veysəl Qasımov torpağa tapşırılıb VİDEO

İsrail silah ixrac edəcəyi ölkələrin siyahısını genişləndirib

Bu il 100 uşaq övladlığa verilib

İndiyədək “Araz Vadisi İqtisadi Zonası” sənaye parkına 10 milyon manata yaxın investisiya yatırılıb