SİYASƏT
Milli Məclis sədrinin Türkiyə Böyük Millət Məclisinin sədri ilə telefon danışığı olub
Bakı, 14 may, AZƏRTAC
Mayın 14-də Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Milli Məclisin sədri Sahibə Qafarovaya telefonla zəng edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qardaş ölkənin spikeri Müqəddəs Ramazan bayramı münasibətilə Milli Məclisin sədrini və deputatlarını təbrik edib, Azərbaycan xalqına firavanlıq arzulayıb. Milli Məclisin sədri də öz növbəsində türkiyəli həmkarına, TBMM üzvlərinə və Türkiyə xalqına bayram təbriklərini çatdırıb.
Telefon söhbəti zamanı iki qardaş ölkənin spikerləri qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [20:05]
İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub
- 24.04.2024 [18:37]
Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb
- 24.04.2024 [17:25]