CƏMİYYƏT


Milli Məclis sədrinin müavini: Ölkəmizdə gənclər siyasəti hərtərəfli inkişaf etdirilir

Milli Məclis sədrinin müavini: Ölkəmizdə gənclər siyasəti hərtərəfli inkişaf etdirilir

Bakı, 2 fevral, AZƏRTAC

Ümummilli Lider Heydər Əliyev gəncləri hər zaman diqqətdə saxlayırdı. Ulu Öndərin gənclərlə bağlı tarixi qərarları dövlətimizin gənclər siyasətinin bünövrəsində dayanan təməl daşlarıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev fevralın 2-də Gənclər Günü münasibətilə “Heydər Əliyev - müasir Azərbaycan gənclər siyasətinin banisi” mövzusunda keçirilən ictimai dinləmədə deyib.

Milli Məclis sədrinin müavini vurğulayıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev gənclər siyasətini zamanın tələbinə və ruhuna uyğun şəkildə inkişaf etdirir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva gənclər sektorunun tərəqqisinə önəmli töhfələr verir. “Gənclərimiz bu gün ictimai-siyasi həyatımızda fəal iştirak edir, ölkəmizin nüfuzunun artırılmasında önəmli rol oynayırlar. Təbii ki, söhbət gənclərdən və gənclər siyasətindən gedirsə, ilk növbədə, hərbçi gənclərimizi, əsgər və zabitlərimizi xüsusi vurğulamalıyıq”, - deyə Adil Əliyev qeyd edib.

O əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gənclər siyasəti hərtərəfli və ahəngdar inkişaf etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.