CƏMİYYƏT


Milli Məclis sədrinin müavini şəhid ailələrinin üzvləri və qazilərlə görüşüb

Bakı, 26 sentyabr, AZƏRTAC

Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev sentyabrın 26-da şəhid ailələrini, qaziləri və vətəndaşları qəbul edib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Milli Məclis sədrinin müavini sentyabrın 27-nin Anım Günü olduğunu qeyd edərək, şəhidlərimizin müqəddəs ruhunu yad edib, şəhid ailələrinə Allahdan bir daha səbr, qazilərimizə şəfa diləyib. O, igid əsgərlərimizin qəhrəmanlığı və şəhidlərimizin fədakarlığı nəticəsində tarixi torpaqlarımızın düşmən işğalından azad edildiyini, şanlı üçrəngli bayrağımızın Vətən səmasında qürurla dalğalandığını bildirib.

Qəbulda vətəndaşların müraciətləri dinlənilib, onları narahat edən məsələlərlə bağlı aidiyyəti orqanlara sorğular ünvanlanıb, bir qismi isə yerində həll olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.