CƏMİYYƏT


Milli Məclis sədrinin müavini şəhid ailəsini ziyarət edib

Bakı, 30 mart, AZƏRTAC

Milli Məclis sədrinin müavini Adil Əliyev martın 30-da Xızı rayonu Şurabad kəndində şəhid Cəfərov Elməddin Hümbət oğlunun ailəsini ziyarət edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Adil Əliyev şəhidimizin ailəsi ilə söhbət zamanı Elməddin Cəfərovun aprel döyüşlərində və torpaqlarımızın işğaldan azad olunması uğrunda Vətən müharibəsində iştirak etməsinin gənc nəsil üçün örnək təşkil etdiyini diqqətə çatdırıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusunun düşmən üzərində şanlı Qələbə qazanaraq, həm tarixi torpaqlarımızı işğaldan azad etdiyini, həm də beynəlxalq ədaləti bərqərar etdiyini deyən parlamentin sədr müavini bu tarixi Qələbəyə görə məhz şəhidlərimizə borclu olduğumuzu bildirib. O, şəhid ailələrinin və qazilərin qayğılarının hər zaman Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqət mərkəzində olduğunu xatırladıb.

Qeyd edək ki, Füzuli və Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edən Elməddin Cəfərov 2020-ci il oktyabrın 9-da Füzuli rayonunun Alxanlı kəndində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid Baş gizir Elməddin Cəfərov Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara görə Prezident İlham Əliyev tərəfindən "3-cü dərəcəli Vətənə xidmətə görə" ordeni, "Cəsur döyüşçü", "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.