Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Məclisin iclasında 2017-ci ilin dövlət büdcəsi təsdiqlənib

Bakı, 16 dekabr, Əsəd Məmmədov, AZƏRTAC

Dekabrın 16-da Milli Məclisin növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclisin sədri Oqtay Əsədov gündəliyi təqdim edib.

Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanılıb.

Sədr bildirib ki, “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan sənədlər Milli Məclisin plenar iclasında 3 gün ərzində geniş müzakirə olunub və irəli sürülən təkliflərə baxılması üçün hökumətə vaxt verilib. Bugünkü iclasda hökumət üzvlərinin fikirləri dinlənildikdən sonra büdcə layihəsi və büdcə zərfinə daxil olan sənədlər səsə qoyulacaq.

İclasda çıxış edən maliyyə naziri Samir Şərifov deyib ki, “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin Milli Məclisin komitə və plenar iclaslarında müzakirəsi zamanı deputatlar tərəfindən səsləndirilən təkliflər və tövsiyələr hökumət tərəfindən ətraflı təhlil edilib.

Nazir deyib: “Ümumi büdcə konstruksiyasına xələl gətirmədən bəzi məsələlərin həlli üçün maliyyə təminatının artırılması mümkün olub. Mədəniyyət xərclərinin artırılması ilə bağlı əlavə 3 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Eyni zamanda, Milli Məclisin saxlanılması xərclərinin də 850 min manat artırılması nəzərdə tutulur. Bəzi deputatlar Gənclər Fondunun vəsaitinin digər illərə nisbətən 2017-ci ildə kəskin azalması ilə bağlı narahatlıqlarını bildirmiş, həmin vəsaitin cari ildəki səviyyədə saxlanılmasını təklif etmişdilər. Qeyd edim ki, 2012-2016-cı illərdə dövlət büdcəsindən məqsədli olaraq Gənclər Fonduna 24,6 milyon manat, yəni, bir ilə orta hesabla 4,9 milyon manat vəsait ayrılıb. 2011-2016-cı illər ərzində isə ölkədə gənclər siyasətinin həyata keçirilməsi üçün dövlət büdcəsindən məqsədli olaraq 44,8 milyon manat, bir il üçün orta hesabla 7.5 milyon manat vəsait ayrılıb. Bundan əlavə, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyə təminatını yaxşılaşdırmaq üçün həmin illərin dövlət büdcəsindən üst-üstə 74 milyon manat vəsait ayrılıb. 2017-ci ilin dövlət büdcəsində gənclər siyasətinə aid olan xərclər cari ildəki səviyyədə yəni, 11,5 milyon manat səviyyəsində saxlanılır. Bunları nəzərə alaraq, deyə bilərəm ki, dövlət büdcəsi layihəsindən Gənclər Fonduna nəzərdə tutulan vəsait düzgün qərardır. Əlavə vəsaitin ayrılması məqsədəuyğun hesab edilmir”.

Nazir bildirib ki, yuxarıda sadalanan təkliflər də qəbul olunduğu təqdirdə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci, səkkizinci və on altıncı maddələrində müvafiq dəyişikliklər ediləcək. Bunlar əsasən dövlət büdcəsinin gəlirlərinin, xərclərinin, həmçinin icmal büdcənin xərclərinin formalaşmasına aid olan maddələrdir. Deputatlar tərəfindən irəli sürülən təkliflərin bu qanun layihəsində nəzərə alınmayan hissəsinə mərhələli qaydada növbəti illərin dövlət və icmal büdcələrinin layihələrinin tərtibi zamanı baxılacaq.

Sonra “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Daha sonra “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri də səsə qoyularaq təsdiqlənib.

İclasda, həmçinin Milli Məclisin və Hesablama Palatasının 2017-ci il üçün xərclər smetaları da qəbul edilib.

Sonra deputatlar gündəlikdə duran digər məsələlərə baxıblar.

Parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər barədə məlumat verib. O deyib ki, qlobal iqtisadi sarsıntıların, o cümlədən neftin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına təsirini minimuma endirmək üçün ciddi addımlar atılır. Prezident İlham Əliyevin imzaladığı sərəncamlarda qeyri-neft sektorunun şaxələndirilməsinə, çevik və səmərəli sənaye siyasətinin aparılmasına, aqrar sahədə keyfiyyətli struktur dəyişikliklərinin təmin edilməsinə, ölkənin ixrac potensialının artırılmasına xidmət edəcək konkret tapşırıqlar və hədəflər müəyyən edilib. Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər də məhz bu məqsədlərə xidmət edir.

Qeyd edilib ki, Vergi Məcəlləsinə 115 yeni maddə, 83 dəyişiklik, 3 maddənin ləğvi də daxil olmaqla 201 dəyişiklik nəzərdə tutulur. Bunlardan 123 maddə vergi inzibatçılığının və mədəniyyətinin təkmilləşdirilməsi, uçot-qeydiyyatın şəffaflaşdırılması, 34 maddə vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, 8 maddə vergi yükünün azaldılması, azadolma və güzəştləri əhatə edir.

Əsas dəyişikliklərin mahiyyəti barədə məlumat verən komitə sədri bildirib ki, qanun layihəsində vergi yükünün azaldılması və pərakəndə ticarət fəaliyyətində əlavə dəyər vergisinin ticarət əlavəsindən hesablanması məsələləri öz əksini tapıb. Bildirilib ki, kənd təsərrüfatı məhsulları istehsalçıları 1996-cı ildən torpaq vergisi istisna olmaqla, Vergi Məcəlləsi ilə müəyyən edilmiş digər vergilərin ödənilməsindən azad edilib. Həmin məhsullar ticarət şəbəkələri tərəfindən pərakəndə qaydada satılarkən digər məhsulların satışı kimi bu məhsulların da tam dəyəri ümumi qaydada əlavə dəyər vergisinə cəlb edilib. Qüvvədə olan qanunvericiliyə uyğun olaraq ƏDV tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı və ya almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği əsasında müəyyən edilir. Vergi Məcəlləsində ƏDV tutulan əməliyyatın dəyərinin müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmadığından ticarət şəbəkələri satış üzrə ümumi dövriyyədən ƏDV hesablamalı olurlar ki, bu da pərakəndə satış qiymətində bahalaşmaya səbəb olur. Qeyd olunanları nəzərə alaraq, kiçik və orta sahibkarlığı stimullaşdırmaq, pərakəndə ticarətdə rəqabət mühitini təmin etmək və vergi yükünü optimallaşdırmaq məqsədilə pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlar tərəfindən ƏDV-nin Azərbaycan Respublikasında istehsal edilən kənd təsərrüfatı məhsullarının satış qiyməti ilə onların alış qiyməti arasındakı fərqdən, yəni, ticarət əlavəsindən hesablanması ilə bağlı müddəalar layihəyə daxil edilib.

Qanun layihəsində ödəmə qabiliyyətini itirmiş bankların sağlamlaşdırılması tədbirləri çərçivəsində qeyri-işlək aktivlərin təqdim edilməsinin 2017-ci il yanvarın 1-dən üç il müddətində ƏDV-dən azad edilməsi nəzərdə tutulur. Bundan başqa, Azərbaycan Prezidentinin fərman və sərəncamları ilə yaradılan icbari tibbi sığorta və səhiyyə xidmətləri göstərən qurumların gəlirlərinin mənfəət vergisindən müddətsiz, buğdanın idxalının və satışının, buğda ununun və çörəyin istehsalının və satışının, quş ətinin satışının üç il müddətində ƏDV-dən azad edilməsi ilə bağlı müddəalar layihəyə daxil edilib.

Diqqətə çatdırılıb ki, banklar tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirlərinin, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividendin və faiz gəlirlərinin gəlir vergisindən azad edilməsi müddəti beş ilə qədər artırılır. Sahibkarların vergi yükünün azaldılması ilə yanaşı, onların dövriyyə vəsaitlərinə qənaət edilməsi, habelə ixracı stimullaşdırmaq məqsədilə ixrac fəaliyyəti ilə məşğul olan şəxslərin apardıqları əməliyyatlardan yaranan ƏDV üzrə artıq ödənmiş vergilərin qaytarılması müddətinin 45 gündən 20 günədək endirilməsini əks etdirən düzəlişlər də qanun layihəsində öz əksini tapıb. Həmçinin layihədə topdan və pərakəndə ticarətlə məşğul olan vergi ödəyicilərini fərqləndirən meyarlar da müəyyən edilib.

Qanun layihəsində fiziki şəxslərin vergi öhdəliklərinin aylıq sabit vergi şəkilində müəyyən edilməsi də ən vacib məsələlərdən biridir.

Vergilər naziri Fazil Məmmədov bildirib ki, təklif olunan dəyişikliklər nağd hesablaşmaların azaldılması, elektron ticarətin vergiyə cəlb olunması, vergi yükünün azaldılması, vergi inzibatçılığının sadələşdirilməsi, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, vergi orqanlarının göstərdikləri xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədinə xidmət edir. Təklif olunan qanun layihəsi paketinin fəlsəfəsi vergi sahəsində şəffaflığın artırılması, uçot sisteminin bərpası, Azərbaycanda bu sistemin beynəlxalq standartlara uyğunlaşdırılmasından ibarətdir.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

İclasda Mülki Prosessual, Cinayət, İnzibati Xətalar, Torpaq məcəllələrinə, “İcra haqqında”, “Elektron ticarət haqqında”, “Dövlət rüsumu haqqında”, “Büdcə sistemi haqqında” qanunlara da dəyişikliklər edilib.

Bildirilib ki, “Elektron ticarət haqqında” Qanunda edilən dəyişikliklər elektron ticarət aparan vergi ödəyicilərinə şəffaf vergi nəzarətinin təmin edilməsinə, rezident və qeyri-rezident elektron ticarət iştirakçıları arasında diskriminasiyanın aradan qaldırılmasına kömək edəcək.

“İcra haqqında” Qanunda edilən dəyişikliklərlə bağlı məlumat verilərkən bildirilib ki, icra məmurunun müvafiq təqdimatı olmadan (lakin məhkəmə qərarının icra vəziyyəti ilə bağlı müvafiq dəqiqləşdirmələr aparılmaqla) vergi borcunun alınması (vergilərin ödənilməsi) ilə əlaqədar məhkəmə aktlarının icra edilməməsinə görə Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə ibtidai istintaqın aparılması bu cür işlərin operativ şəkildə istintaqına zəmin yaradacaq. Nəticədə icra olunmamış məhkəmə aktları üzrə öz təsdiqini tapmış vergi borclarının alınmasında və dövlət büdcəsinin mədaxilində müsbət dinamika müşahidə olunacaq. Habelə vergi intizamı güclənəcək, vergi ödəyiciləri tərəfindən qanunvericiliyin tələblərinə daha ciddi əməl ediləcək.

Qeyd edilib ki, icra məmurları tərəfindən icraata qəbul edilən vergi borclarının, habelə geri qaytarılan icra sənədlərinin daim nəzarətdə saxlanılması, icra məmurlarına vergi borclarının alınması ilə bağlı mümkün kömək edilməsi, bu sahədə düzgün uçotun qurulması məqsədilə vergi borcunun alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına münasibətdə icra məmurlarının icraata başlamaq haqqında qərarın surətinin və icra edilməsi mümkün olmadığı üçün geri qaytarılan icra sənədləri barədə məlumatların rəsmi şəkildə aidiyyəti vergi orqanına təqdim edilməsi ilə bağlı verilən təkliflər çox vacib hesab olunur. Əks təqdirdə, tələbkar qismində çıxış edən Vergilər Nazirliyi bir çox hallarda icranın nəticəsindən xəbərsiz olur. Dəyişiklik qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasının tez bir zamanda təmin edilməsi, habelə Vergilər Nazirliyi tərəfindən vergilərin vaxtında və tam məbləğdə yığılması və dövlət büdcəsinə ödənilməsinin təmin olunması üçün daha əlverişli şərait yaradacaq.

“Büdcə sistemi haqqında” Qanuna təklif olunan dəyişikliklər barədə məlumat verilərkən diqqətə çatdırılıb ki, bu dəyişikliklər Hesablama Palatasının öz funksiyasını həyata keçirməklə bağlı qanunvericilikdə mövcud olan boşluqların aradan qaldırılması və Palatanın ali audit orqanı kimi səlahiyyətlərinin artırılması məqsədilə hazırlanıb.

Gündəlikdəki “Nağdsız hesablaşmalar haqqında” qanun layihəsi barədə məlumat verən iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, bu qanunun məqsədi Azərbaycan ərazisində mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığının təmin edilməsi, istehlakçıların hüquqlarının qorunması, dövriyyədə olan nağd pul kütləsinin nağdsız vəsaitlərlə əvəz olunması, bank sisteminin inkişaf etdirilməsindən ibarətdir.

Əhəmiyyəti nəzərə alınan qanun layihəsi bir oxunuşda səsə qoyularaq qəbul edilib.

Sonra deputatlar Azərbaycan Hökuməti ilə Lixtenşteyn Knyazlığı arasında bir, İsveçrə Federal Şurası ilə isə iki sazişi təsdiqləyiblər.

“Dəniz tələbləri ilə bağlı məsuliyyətin məhdudlaşdırılması haqqında” 1976-cı il tarixli Beynəlxalq Konvensiyaya dəyişikliklər edilməsi barədə 1996-cı il tarixli Protokol”un təsdiq edilməsi haqqında qanun layihəsi barədə Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov məlumat verib. Bildirib ki, sənəd dəniz tələbləri ilə bağlı məsuliyyətin hədlərinin yenilənməsini nəzərdə tutur. Belə ki, sənədə əsasən məsuliyyət hədləri artırılıb. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

İclasda “Yol hərəkəti haqqında” Qanunda və bununla əlaqədar olaraq İnzibati Xətalar Məcəlləsində də dəyişikliklər edilib. Bildirilib ki, bu dəyişikliklər nəqliyyat sahəsində idarəçiliyin təkmilləşdirilməsi və tıxacların qarşısının alınması məqsədini daşıyır və avtomobillərin parklanma probleminin həllinə kömək edəcək.

Bundan başqa, “Avtomobil nəqliyyatı haqqında”, “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanunlarda da dəyişikliklər edilib.

Deputatlar “İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə baxılması üçün yaradılan xüsusi komissiyalar haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Qanunun ləğv olunması haqqında qanun layihəsini qəbul ediblər.

Milli Məclisin plenar iclasında “Hərbi vəziyyət haqqında” yeni qanun layihəsi birinci oxunuşda müzakirə edilib.

Bildirilib ki, 5 fəsil, 27 maddədən ibarət qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin 8-ci bəndinə uyğun olaraq Azərbaycanın bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyətin elan və ləğv edilməsi, hərbi vəziyyətin qüvvədə olma müddətinin uzadılması, hərbi vəziyyət rejiminin təmin edilməsi qaydasını, cəbhəboyu zonada hərbi hissələrin yerləşdiyi ərazilərdə rejimin xüsusiyyətlərini, hərbi vəziyyət şəraitində fiziki və hüquqi şəxslərin hüquqlarının təminatını müəyyən edir.

Qanun layihəsi barədə Milli Məclis sədrinin birinci müavini, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib. Bildirilib ki, hazırda qüvvədə olan 17 maddədən ibarət qanun 1994-cü ildə hazırlanıb. Bu gün bu qanun müvəffəqiyyətlə işləyir. Ancaq nəzərə almaq lazımdır ki, 1995-ci ildə biz ilk milli Konstitusiyamızı qəbul etmişik. Konstitusiyamızda da Azərbaycan Silahlı Qüvvələrinin statusu ilə bağlı xüsusi maddələr öz əksini tapıb. Eyni zamanda, hərbi doktrinanı, milli konsepsiyamızı, “Milli təhlükəsizlik haqqında” Qanunu qəbul etmişik. Bu kimi hərbi qanunların qəbulu və ya edilən dəyişikliklər, ümumiyyətlə, bugünkü vəziyyət yeni qanun layihəsinin hazırlanmasını tələb edirdi.

Yeni qanun layihəsi hazırlanarkən Azərbaycan Respublikasının Konstitusiyası, hərbi qanunvericilikdə mövcud olan bütün dəyişikliklər nəzərə alınıb.

Qeyd edilib ki, Ermənistanın cəbhə xəttində təxribatlarının davam etməsi, yaranan gərginliklə paralel olaraq Azərbaycanın informasiya məkanında dezinformasiyalar yayılır. Bir sıra hallarda özündə hərbi sirr daşıyan məlumatların yayılması, düşmən diversantlarının cəbhə xəttini keçmək cəhdləri ölkənin informasiya məkanında və cəbhədə təhlükəsizliyin gücləndirilməsinin zəruri olduğunu göstərir. Bu baxımdan Prezident İlham Əliyevin təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında imzaladığı sərəncam Milli təhlükəsizlik maraqlarına xidmət edir.

Qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin iclası başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib

Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı