Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb

Bakı, 21 noyabr, AZƏRTAC

Noyabrın 21-də Milli Məclisin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə paketinə daxil olan digər qanun layihələri müzakirəyə çıxarılıb.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə və hökumət üzvləri iclasda iştirak ediblər.

İclası açan Milli Məclisin sədri Oqtay Əsədov bildirdi ki, gündəliyin birinci məsələsi Azərbaycan Respublikasının 2018-ci il üçün dövlət büdcəsi layihəsidir.

Sədr diqqətə çatdırdı ki, Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş iqtisadi inkişaf strategiyası son illər dünya maliyyə-iqtisadi böhranı ilə əlaqədar ölkəmizdə makroiqtisadi sabitlik üçün yaranan təhlükələrin qarşısını almağa imkan verib. 2017-ci il ölkəmizin tarixində əlamətdar hadisələrlə yadda qalacaq. Bu hadisələrdən biri iki ay öncə “Azəri-Çıraq-Günəşli” neft və qaz yataqları blokunun işlənilməsinə dair Sazişin müddətinin 2050-ci ilədək uzadılması, digəri isə Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı olub. Həmin layihələr Azərbaycanın gələcək siyasi və iqtisadi dayanıqlılığı üçün möhkəm zəmin yaradıb.

Oqtay Əsədov dedi: “Bu gün Milli Məclisdə müzakirəsinə başladığımız büdcə zərfinə daxil olan sənədlər ölkə həyatında müşahidə olunan müsbət dinamik dəyişiklikləri əks etdirir. Son illər ölkə iqtisadiyyatında baş verən önəmli hadisələrdən biri büdcə gəlirlərində qeyri-neft sektorunun payının təqribən 50 faizə çatması olub. Əgər qeyri-neft sektorunun mühüm hissəsi olan kənd təsərrüfatı istehsalının 2021-ci ilədək bütün vergilərdən azad edildiyi nəzərə alınarsa, bu göstəricinin arxasında nə qədər böyük bir potensialın dayandığını təsəvvür etmək olar”.

Sədr bildirdi ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, eləcə də biznes mühitinin yaxşılaşdırılması, infrastrukturun inkişaf etdirilməsi, maliyyə bazarının təkmilləşdirilməsi və digər sahələrdə həyata keçirilən tədbirlər iqtisadiyyatımızın rəqabət qabiliyyətinin artmasına gətirib çıxarıb. Bunu qeyd etmək kifayətdir ki, Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan həmin göstəriciyə görə iki pillə də irəliləyərək dünyanın 140 dövləti arasında 35-ci yerə yüksəlib, MDB ölkələri arasında isə liderliyini qoruyub saxlayıb. 2018-ci il üçün dövlət büdcəsinin layihəsi ölkəmizin sosial-iqtisadi durumu və müasir dövrün çağırışları nəzərə alınmaqla tərtib olunub. Nazirlər Kabinetinin təqdim etdiyi büdcə zərfinin sənədləri göstərir ki, növbəti ildə də real iqtisadi artım proqnozlaşdırılır.

Qeyd edildi ki, gələn il üçün dövlət büdcəsinin gəlirləri 2017-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 3,3 milyard manat, xərcləri isə 3 milyard manat çox olacaq. Bütün bunlar iqtisadiyyata investisiya qoyuluşunun daha da artırılmasına, kənd təsərrüfatının stimullaşdırılmasına, milli təhlükəsizliyin və müdafiə qabiliyyətinin gücləndirilməsinə imkan yaradacaq.

Əvvəlki illərdə olduğu kimi, büdcənin sosialyönümlülüyü saxlanılır. Gələn ilin dövlət büdcəsinin xərclərində sosialyönümlü xərclərin xüsusi çəkisi 33,5 faiz və ya 7 milyard manat proqnozlaşdırılır. Bu, 2017-ci ilə nisbətən 2,2 faiz çoxdur.

Vurğulandı ki, 2018-ci ilin dövlət büdcəsinin layihəsi və büdcə zərfinə daxil olan sənədlər parlament komitələrinin birgə iclaslarında geniş müzakirə olunub və Milli Məclisin plenar iclasına tövsiyə edilib. Komitə iclaslarında 35-dən çox deputat çıxış edib. Hesablama Palatası da büdcə zərfi barədə müsbət rəyini bildirib.

Sədr plenar iclaslarda aparılacaq müzakirələrin səmərəli olacağına əminliyini ifadə etdi.

Sonra çıxış edən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, 2017-ci ildə ölkəmizin iqtisadiyyatında baş vermiş mühüm hadisələr 2018-ci ildə onun daha da inkişaf edəcəyinə inamı artırır.

Azərbaycan dövləti 2017-ci ildə heç bir sosial proqramın icrasını dayandırmayıb, valyuta ehtiyatlarını artırıb, tədiyə balansının göstəricilərini yaxşılaşdırıb. Dövlət büdcəsinin gəlirləri 2017-ci il üzrə təsdiq olunmuş proqnozla müqayisədə 20 faiz çoxdur. Bu, kifayət qədər böyük artımdır. Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi tərəfindən büdcəyə daxilolmalar yüksək səviyyədə yerinə yetirilib.

2018-ci ildə neft hasilatının azalmasına baxmayaraq, ölkədə ümumi iqtisadi artım proqnozlaşdırılır. Azərbaycan dünyada ən az borcu olan 10 ölkədən biridir. Ölkədə borcalma strategiyası hazırlanıb. Bununla yanaşı, kommersiya banklarına inam artırılmalı və banklarla əhali arasında konsensus yaradılmalıdır. Azərbaycanın 2018-ci il dövlət büdcəsində neftin baza qiymətinin 45 dollar/barrel səviyyəsində götürülməsi qarşıdakı hədəflərə nail olmağa imkan verəcək.

Bu rəqəm daha çox və ya daha az ola bilərdi. Birinci halda hökumət risklərə məruz qala, ikinci halda isə iqtisadi-sosial inkişafımızdan geri qala, bir sıra mühüm layihələrin reallaşmasında çətinliklərlə üzləşə bilərdik.

Sonra Ziyad Səmədzadə aparılan təhlillərdən danışdı və qeyd etdi ki, son 10 ildə Dövlət Neft Fondundan 76 milyard dollar transfert etmişik və bu olmasaydı, Azərbaycan risklərlə üzləşə bilərdi.

İclasda çıxış edən maliyyə naziri Samir Şərifov bildirdi ki, 2018-ci il üçün dövlət büdcəsinin gəlirləri 20,127 milyard manat həcmində proqnozlaşdırılır. Bu da ümumi daxili məhsulun 29 faizi həcmində olmaqla, 2017-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 3,361 milyard manat və ya 20 faiz, 2016-cı ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 2,621 milyard manat və ya 15 faiz çoxdur.

Nazir bildirdi ki, 2018-ci il dövlət büdcəsinin gəlirləri üzrə proqnozun 7,907 milyard manatı və ya 39,3 faizi Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 9,216 milyard manatı və ya 45,8 faizi Dövlət Neft Fondundan transfertin, 2,43 milyard manatı və ya 12,1 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 574 milyon manatı və ya 2,8 faizi isə digər gəlirlərin payına düşür.

Bildirildi ki, Azərbaycanın 2018-ci il dövlət büdcəsində neftin baza qiyməti 45 dollar/barrel səviyyəsində götürüləcək ki, bu da 2017-ci ildəki analoji baza qiymətindən 12,5 faiz və yaxud 5 dollar/barrel çoxdur.

Nazir diqqətə çatdırdı ki, 2018-ci ilin büdcə xərclərinin ümumi daxili məhsulda xüsusi çəkisi 30,1 faiz təşkil edəcək ki, bu da 2017-ci ilə nisbətən 3,8 faiz bənd çoxdur. Mütləq ifadədə 2018-ci ilin dövlət büdcəsində xərclər 20,906 milyard manat həcmində proqnozlaşdırılır ki, bu da 2017-ci illə müqayisədə 2,965 milyard manat və ya 16,5 faiz artıqdır. 2018-ci il üçün büdcə kəsiri 778,7 milyon manat həcmində nəzərdə tutulub.

Bildirildi ki, Azərbaycanın 2018-ci il icmal büdcəsinin gəlirləri 23223,2 milyon manat məbləğində proqnozlaşdırılır.

Gələn ilin dövlət büdcəsinin layihəsi hazırlanarkən 2018-2021-ci illərin makroiqtisadi proqnozları və qlobal iqtisadi prosesləri nəzərə alınıb.

Nazir dedi ki, Prezident İlham Əliyevin rəhbərliyi altında görülən iqtisadi siyasət tədbirləri ötən müddətdə hədəflənən nəticələrə nail olunduğunu göstərir. Belə ki, məqsədyönlü siyasət nəticəsində ölkədə qeyri-neft sektoru üzrə 2,5 faizlik real artıma nail olunub. Ticarət dövriyyəsində 4,4 milyard dollar müsbət saldo əldə edilib. O cümlədən dövlətin qeyri-neft sektorunun inkişafına artan maliyyə dəstəyi və qeyri-neft ixracının stimullaşdırılması, valyuta ehtiyatlarından qənaətlə istifadə edilməsi, ölkəyə valyuta axınının artması, digər fiskal və monetar tədbirlərin həyata keçirilməsi hesabına 2017-ci ilin əvvəlinə nisbətən 9 ayda icmal büdcənin kəsiri 12 faiz bənd azalıb.

Samir Şərifov 2018-ci ilin dövlət büdcəsi hazırlanarkən ölkənin müdafiə qabiliyyətinin daha da yüksəldilməsi, kənd təsərrüfatı sahəsinin inkişafı, məşğulluğun artırılması və sosialyönümlü tədbirlərin, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı zəruri xərclərin prioritet olaraq qaldığını qeyd etdi.

İqtisadiyyat naziri Şahin Mustafayev bildirdi ki, Maliyyə Sabitliyi Şurası tərəfindən təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq ötən dövrdə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması, o cümlədən valyuta bazarının tarazlaşdırılması, valyuta rejiminin təkmilləşdirilməsi, gömrük-tarif siyasətində və dövlət satınalmalarında idxalın məhdudlaşdırılması, habelə ixracın stimullaşdırılması istiqamətində əhəmiyyətli işlər görülüb.

Nazir dedi ki, artıq neçə illərdir aparılan bu islahatlar nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. “Doing Business 2018” hesabatında Azərbaycan ötən illə müqayisədə 8 pillə irəliləyib, Avropa və Mərkəzi Asiya regionunda 4 və daha çox islahat aparan 3 ölkədən biri olub.

Şahin Mustafayev əlavə etdi ki, sistemli islahatların davam etdirilməsi, bank sektorunun sağlamlaşdırılması və valyuta bazarında gözləntilərin səmərəli idarə olunması, makroiqtisadi sabitliyə təhdid yaradan xarici iqtisadi şokların yaşanmaması şərtləri əsas götürülməklə növbəti ildə inflyasiyanın birrəqəmli, iqtisadi artımın isə müsbət olması proqnozlaşdırılıb. Qeyd edilənlər, habelə neft sektorunun azaldıcı, qeyri-neft sektorunun artırıcı təsirləri nəzərə alınmaqla 2018-ci ildə ümumi daxili məhsulun 1,5 faiz, növbəti illərdə isə orta hesabla 3,5 faiz artacağı proqnozlaşdırılır.

Növbəti ildə əsas kapitala investisiya qoyuluşlarının 15,9 milyard manat, xarici investisiyaların 7,7 milyard manat, daxili investisiyaların 8,2 milyard manat olacağı proqnozlaşdırılır. Neft sektoruna 6,4 milyard manat, qeyri-neft sektoruna isə 9,5 milyard manat investisiya yatırılacağı gözlənilir. 2018-ci ildə dövlət investisiya xərcləri 4,9 milyard manat olmaqla, əsasən ölkə üçün əhəmiyyətli olan infrastruktur layihələrinin, o cümlədən təhsil, səhiyyə, əhalinin sosial müdafiəsi və sosial təminatı layihələrinin icrasına yönəldiləcək.

Nazir qeyd etdi ki, qeyri-neft sənayesinin stimullaşdırılmasında sənaye və texnologiyalar parkları və sənaye məhəllələri mühüm rol oynayır. Sumqayıt Kimya Sənaye Parkının yaradılmasından qısa zaman keçməsinə baxmayaraq, layihələrinin ümumi dəyəri 1,8 milyard dollar olan 13 müəssisəyə rezident statusu verilib. Bunlardan 2 müəssisə artıq fəaliyyət göstərir, 4 müəssisə bu il, gələn il isə daha 5 müəssisə fəaliyyətə başlayacaq.

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirdi ki, 2017-ci il iqtisadi quruculuq tariximizdə milli iqtisadiyyatın yeni neft qiymətlərinə əsasən uyğunlaşması, makroiqtisadi sabitliyin bərqərar olması və postneft dövrünə keçidin başlanması ilə yadda qalacaq. O qeyd etdi ki, Maliyyə Sabitliyi Şurası tərəfindən formalaşdırılan makroiqtisadi sabitlik siyasəti çərçivəsində mühüm siyasət istiqamətlərinin sıx koordinasiyası artıq 2017-ci ilin birinci rübündə ilk nəticələrin əldə olunmasına və sonrakı dövrdə bunun inkişaf etdirilməsinə şərait yaradıb. Reallaşdırılan kompleks makroiqtisadi tədbirlər, ilk növbədə, monetar və fiskal siyasətin sıx əlaqələndirilməsi, çevik məzənnə rejiminə keçid ölkənin xarici tədiyə balansının tarazlaşmasına şərait yaradıb. Tədiyə balansında profisit cari ildə bərpa olunub. Tədiyə balansının cari əməliyyatlar hesabında 2016-cı ildə 1,4 milyard dollarlıq kəsir olmuşdusa, cari ilin 9 ayında 1,1 milyard dollarlıq profisit qeydə alınıb. İdxalın azalmasına paralel olaraq qeyri-neft ixracının güclənməsi tədiyə balansına müsbət təsir edir. Qeyri-neft ixracı 9 ayda təxminən 31 faiz artıb. Ticarət balansı ilə yanaşı, xidmət balansı üzrə də müsbət meyillər müşahidə edilir. Turizm xidmətlərində isə artıq müsbət saldo yaranıb. Nəticədə cari ildə strateji ehtiyatlar təxminən 12 faiz, o cümlədən Mərkəzi Bankın ehtiyatları 31 faiz artaraq ölkənin strateji valyuta ehtiyatları 42 milyard dolları ötüb.

Sonra çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov gələn ilin dövlət büdcəsi ilə bağlı palatanın rəyini açıqladı. Bildirildi ki, növbəti ilin dövlət büdcəsinin xərclərini fərqləndirən əsas məqamlardan biri odur ki, 2018-ci ildə son illərdə azalma ilə proqnozlaşdırılmış dövlət investisiya xərclərində nəzərəçarpacaq artım proqnozlaşdırılıb. Bu da büdcə gəlirlərinin və iqtisadi aktivliyin gücləndirilməsində mühüm rol oynayacaq.

Bildirildi ki, növbəti ildə dövlət idarəetmə strukturunun təkmilləşdirilməsi məqsədilə yaradılmış publik hüquqi şəxs kimi fəaliyyət göstərən bir sıra dövlət idarəetmə təşkilatlarının saxlanmasına növbəti ildən vəsait nəzərdə tutulmayıb. Gələn ilin dövlət büdcəsində ilk dəfə olaraq “İşsizlikdən sığorta haqqında” Qanunun qüvvəyə minməsi ilə əlaqədar fəaliyyətə başlayacaq bu sistemdə dövlət büdcəsindən maliyyələşən təşkilatlar üzrə sığortaedənin payının maliyyələşdirilməsi ilə bağlı vəsait proqnozlaşdırılıb. Büdcənin 2018-ci il üzrə proqnozlaşdırılmış göstəriciləri əsasında aparılmış hesablamalar beynəlxalq təcrübədə və nəzəriyyədə qəbul edilmiş borc göstəriciləri üzrə müqayisədə ölkəmizdə borc dayanıqlılığının mövcud olduğunu göstərir. Növbəti ilin büdcə layihəsində daxili və xarici dövlət borclanmasının yuxarı hədləri, həmçinin 2018-ci il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) azalma ilə proqnozlaşdırılıb. Bu isə növbəti illərdə dövlət borclanmasının və şərti öhdəliklərin artım tempinin azalmasına münbit şərait yaradacaq.

Müzakirələr zamanı çıxış edən deputatlar Siyavuş Novruzov, Aqiyə Naxçıvanlı, Zahid Oruc, Hikmət Məmmədov, Məlahət İbrahimqızı, Sahibə Qafarova, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Elmira Axundova, Fərəc Quliyev, Aydın Mirzəzadə, Qənirə Paşayeva, Fəzail Ağamalı, Əli Məsimli və Vahid Əhmədov 2018-ci ilin dövlət büdcəsi layihəsi barədə fikirlərini açıqladılar, öz qeyd və təkliflərini verdilər. Çıxışlarda qeyd edildi ki, müzakirəyə təqdim olunan sənəd dünyada davam edən iqtisadi böhran şəraitində risklər nəzərə alınmaqla peşəkarlıqla hazırlanıb.

İclasın sonunda müzakirələrin noyabrın 22-də davam etdirilməsi qərara alındı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır VİDEO

Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək

Azərbaycan Hərb Tarixi Muzeyində “Şövqiyar Abdullayev – 55 il” anım tədbiri keçirilib

Nazir: Məktəb psixoloqu terapiya aparan şəxs deyil

® Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdaşda vətəndaşların müraciətlərini dinləyib

Yeni kaledoniyalı parlamentari ölkəsinə dəstəyə görə Azərbaycana təşəkkür edib VİDEO

Niyə “Məktəblinin dostu” layihəsinə ehtiyac yaranır?

İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzinin yeni saytı istifadəyə verilib

Kənd təsərrüfatı nazirinin müavini Lerikdə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Manuel Noyer Çempionlar Liqasının tarixinə düşüb

Britaniyada 70 min nəfərə qarşı dələduzluq edən dəstə üzvləri həbs olunub

Milli Kitabxanada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə kitab sərgisi açılıb

Nazir: Xoşagəlməz hallar dünyanın bütün məktəblərində baş verir

Zahid Oruc: Rusiya sülhməramlılarının Qarabağdan çıxması nəinki Fransanı, ABŞ-ı da narahat edir VİDEO

Naxçıvanda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Nazirlik rəsmisi: Valideynlər “Məktəblinin dostu” layihəsindən tam razıdırlar

Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb VİDEO

“Məktəblinin dostu” layihəsinin rəhbəri: İndiyədək 700 uşaq müəyyən səbəblərə görə psixiatrlara yönəldilib

“Roma” baş məşqçisi Daniele De Rossi ilə bağlı qərarını verib

Beyləqanda çiyid səpininə başlanılıb

Mariya Zaxarova: Qərb Cənubi Qafqazda qonşuların arasını vurmağa çalışır, Ermənistana isə bu məsələdə alət rolu ayrılıb

“Bavariya”nın futbolçusu: “Arsenal”ı Çempionlar Liqasından kənarlaşdırmaq gözəl hisslər idi

Üç min illik tarixə malik Bərdə maddi-mədəniyyət abidələri ilə zəngindir