Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi ilə bağlı müzakirələr davam edir YENİLƏNİB

Bakı, 13 noyabr, AZƏRTAC

Noyabrın 13-də Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının 2020-ci il üçün dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi davam etdirilib. Milli Məclisin Sədri Oqtay Əsədov iclası açdıqdan sonra deputatlar qanun layihəsi ətrafında müzakirələrə başlayıblar.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatları Eldar Quliyev, Elçin Quliyev, Tahir Kərimli, Hüseynbala Mirələmov, Mahir Abbaszadə, Rafael Hüseynov, Şahin İsmayılov, Hikmət Məmmədov, Rauf Əliyev çıxış edərək 2020-ci il dövlət büdcəsini mükəmməl şəkildə hazırlanmış, sosialyönümlü büdcə kimi dəyərləndiriblər. Qeyd olunub ki, ölkəmizdə dövlət büdcəsi ildən-ilə təkmilləşir. Büdcə layihəsinin əsaslandırılması səviyyəsi tamamilə qənaətbəxşdir. Son illər ərzində Azərbaycanda dinamik inkişaf var, ölkədə qərarlaşmış, səriştəli büdcə institutu artıq formalaşıb. Azərbaycan sürətlə inkişaf edir. Əhalinin sosial müdafiəsini xarakterizə edən göstəricilər, ümumi daxili məhsulun həcmi, büdcə gəlirləri parametrləri onu göstərir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün uğurla davam etdirilən bu siyasət Azərbaycanı daha parlaq gələcəyə doğru aparır.

Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov iclasda çıxış edərək Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu qlobal infrastruktur layihələrindən söz açıb, büdcədən belə layihələrə ayrılan vəsaitin yetərli olduğunu vurğulayıb. O, ölkəmizdə neft-qaz ixracından əldə edilən daxilolmaların yüksək səviyyədə olduğunu, bu gün bu göstəricilərin dünyanın mədən sənayesi gəlirləri arasında ən yüksək səviyyədə durduğunu bildirib. Valeh Ələsgərov dövlət büdcəsinə xarici neft-qaz şirkətləri tərəfindən daxil olan vergilərin miqyasını açıqlayıb.

Vitse-spiker çıxışında tələbə yataqxanalarının tikilməsi ilə bağlı təklifini də bildirib. O, dünyanın bir çox ölkələrində “Tik-idarə et-təhvil ver!” (TİT) modelindən səmərəli istifadə olunduğunu, bu modeldən istifadə edərək tez bir vaxtda tələbə kampuslarının tikilməsinin məqsədəuyğun hesab edildiyini deyib.

Valeh Ələsgərovun çıxışından sonra “Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda təqdim edib. Komitə sədri bildirib ki, 2019-cu ilin ötən dövrü Azərbaycan dövlətçiliyi tarixində çox ciddi məqamlarla yadda qalıb. 2019-cu il ölkəmizdə sosial müdafiənin gücləndirilməsi ili kimi xatırlanacaq. Belə ki, Azərbaycan əhalisinin 4,2 milyon nəfəri təxminən 3 milyard manat civarında sosial müdafiə ilə əhatə olunub, vətəndaşlarımızın böyük bir qrupuna ödənişlər 2 dəfəyə qədər yüksəlib. Azərbaycanın müstəqilliyi tarixində ilk dəfə olaraq gələnilki büdcəmiz təxminən 27 milyard manat təşkil edəcək. Bu maliyyə toplumunun böyük bir hissəsi - təxminən 40 faizi bilavasitə sosial məqsədlərə yönələcək. Ünvanlı dövlət sosial yardımları üçün 2019-cu ilə nəzərdə tutulmuş vəsaitlərin həcmi gələn il 30 faiz artırılacaq və əlavə 13 min ailənin müavinət almaq imkanları artacaq. Belə ailələrin sayı 90 mini ötəcək. Hadi Rəcəbli vurğulayıb ki, gələn il üçün bu büdcədə nəzərdə tutulan vəsait əvvəlki illə müqayisədə 697,41 milyon manat və ya 17 faiz çoxdur. Bu büdcənin artan böyük məbləği məhz DSMF-nin öz imkanları hesabına toplanacaq. Daha bir sevindirici hal Prezidentimizin apardığı struktur islahatları nəticəsində qeyri-leqal məşğulluğun 160 min nəfərinin sığortaya cəlb olunmasıdır. Bu büdcənin artımında özünü göstərib. Rəqəmlər bir daha onu deməyə imkan verir ki, gələn il pensiyaların və əməkhaqlarının artım tempi davamlı surətdə çoxalacaq.

Sonra iclasda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev çıxış edərək “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanun layihəsi barədə birinci oxunuşda məlumat verib. Qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinin gəlirləri və xərcləri 128 235 400 manat məbləğində proqnozlaşdırılıb. Gələn il fondun gəlirləri işsizlikdən sığorta üzrə sığorta haqları 111 869 600 manat, büdcədən maliyyələşən təşkilatlar üzrə 17 834 800 manat, qeyri-büdcə sektoru üzrə 76 200 000 manat və sair gəlirlərdən daxilolmalar hesabına təmin ediləcək. Nazir çıxışında fondun xərclərinin istiqamətləri barədə ətraflı danışıb. 2020-ci ildə fond tərəfindən işsizliyə görə sığorta ödənişləri, peşə hazırlığı və əlavə təhsilin təşkili, peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsi, əmək yarmarkaları və əmək birjalarının təşkili, haqqıödənilən ictimai işlərin təşkili, özünüməşğulluq tədbirlərinin təşkili, peşə standartlarının hazırlanması üzrə xərclərin miqyası açıqlanıb.

Fasilədən sonra Milli Məclisin iclası öz işini davam etdirib.

Deputatlar Qüdrət Həsənquliyev, Fazil Mustafa, Fəzail Ağamalı, Jalə Əliyeva, Əli Məsimli, Qənirə Paşayeva, Elmira Axundova, Musa Quliyev, Sədaqət Vəliyeva, Cavid Osmanov çıxış edərək bölgələrdə aztəminatlı və xüsusi imtiyazlı ailələr üçün tikilən mənzillərin kommunal infrastruktur problemləri, sosial evlərin tikintisi, rayonlarda yaşayan sahibkarlara güzəştli kreditlərin verilməsi, pensiyaların artırılması, əlil və müharibə veteranlarının sosial müdafiəsinin daha da gücləndirilməsi, hərbi qulluqçuların sosial müdafiəsi məsələlərinə diqqətin artırılmasının vacibliyini bildiriblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deputatları maraqlandıran bəzi məsələlərə aydınlıq gətirib.

Sonra hər iki məsələ ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə iclasda “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsini birinci oxunuşda təqdim edib. Bildirilib ki, gələn il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 151 manat, uşaqlar üçün 170 manat nəzərdə tutulur. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “2020-ci il üçün ehtiyac meyarının həddi haqqında” sənədi birinci oxunuşda şərh edərək bildirib ki, gələn il üçün ehtiyac meyarı 160 manat nəzərdə tutulur. Qanun səsvermə yolu ilə təsdiqlənib.

Sonra iclasda “Əmək pensiyaları haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənədlər müzakirə edilərək birinci oxunuşda təsdiq edilib.

Hadi Rəcəbli “Sosial müavinətlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda şərh edərək bildirib ki, əvvəllər sağlamlıq imkanları məhdud və valideynlərini itirən uşaqlar onlar üçün nəzərdə tutulan müavinətlərdən yalnız birini almaq hüququna malik idilər. Amma növbəti ildən bu müavinətlərin ayrı-ayrılıqda hər ikisini ala biləcəklər. Bu qanun layihəsi də razılıqla qarşılanıb.

Milli Məclisdə büdcə müzakirələri noyabrın 14-də davam etdiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Paytaxtın Nizami rayonunda ağacəkmə aksiyası keçirilib

DSMF ünvanlı sosial yardımla bağlı vətəndaşlara müraciət edib

2023-2024-cü illərdə istehsal edilən istilik enerjisinin həcmi açıqlanıb

Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

“Crocus City Hall”dakı terror aktı ilə əlaqədar daha bir nəfər həbs olunub

Şərqşünaslıq İnstitutunda özbəkistanlı alimlərlə görüş keçirilib

Elm və təhsil naziri UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

Azərbaycan məktəbliləri Avropa Qızlar Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

BVF: Qarşıdakı il dünya iqtisadiyyatını yavaş, lakin dayanıqlı inkişaf gözləyir

Türkiyənin Hacettepe Universitetinin professoru ADPU-da olub

Azərbaycanlı yazıçının əsəri Praqada səhnələşdirilib

Buraxılış imtahanında 300 bal toplayan şagird: Yüksək nəticə əldə edəcəyimi gözləyirdim

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib

Cəlilabad sakini babasından qalan odlu silahı polisə könüllü təhvil verib

Bakıda keçiriləcək atıcılıq üzrə Dünya Kubokunun rəsmi posteri təqdim olunub

® “Bakcell” böyük dəyişiklər astanasındadır

Türkiyədə “yaşıl” enerjinin ümumi istehsaldakı payı 55 faizə çatacaq

Bakı məktəblisi: Hədəfim 700 bal toplamaqdır

Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Neftçala rayonunun inzibati ərazisində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerji potensialı 4 dəfə arta bilər

Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qərbi Azərbaycanın siyasi tarixi və etnik mənzərəsi” - ADPU-da mühazirə

Türkiyə və Gürcüstan rəsmiləri regional problemləri müzakirə ediblər

Metanol ixracı 17 faizdən çox artıb

İlin ilk rübündə Aqrar Biznes festivallarında 23 rayondan 3 minə yaxın fermer iştirak edib

BDU-nun Biologiya fakültəsinin tələbələrinə açıq havada dərslər keçirilir

Bu ilin birinci rübündə KOBİA 152 biznes planın hazırlanmasına dəstək olub

Qeyri-verbal kommunikasiyanın təhlili və təşkili - təlim

Əbu-Dabidə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi Assambleyasının 14-cü sessiyası keçiriləcək

Buraxılış imtahanında 300 bal toplayan şagird: Hüquqşünas olmaq istəyirəm

ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir

AQTA və UNICEF arasında əməkdaşlıq genişlənir

AQTA Goranboyda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlayıb

Saatlıda kənd məktəbinin şagirdi buraxılış imtahanında 300 bal toplayıb

Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir

Niyazinin Mənzil Muzeyində Zülfüqar Hacıbəyovun 140 illiyi qeyd olunub

Meksikanın paytaxtında maksimal temperatur qeydə alınıb

Elnur Məmmədli: Avropa çempionatına tam heyətlə gedəcəyik

Naxçıvanda kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə müsabiqə keçirilib

Füzuli məktəbinin şagirdi buraxılış imtahanında ən yüksək nəticə göstərib

Azərbaycan elektromobil idxalını artırıb

“Məşğulluğa dəstək layihəsi” üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Türkiyə ilə Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Baş direktor: Azərbaycan və Türkiyə arasında e-ticarətin inkişafı vacibdir

BDU-da “Gənclik həftəsi” başlanıb

Kəngərli rayonunda avtomobil yanıb

AZƏRBAYCANIN GƏNC İSTEDADLARI
Sona Bəşirova

“Təbiətə quş yuvaları hədiyyə edək” adlı layihə həyata keçirilib

Cüdo Federasiyasının baş katibi: Ümid edirəm ki, Avropa çempionatında nəticələrimiz ötənilkindən zəif olmayacaq

Gənclər Fondu yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir

Təlim keçmək üçün Rumıniyaya daha üç F-16 göndəriləcək

Füzuli şəhərinə daha 156 ailə köçürüləcək VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Neftçalada vətəndaşları qəbul edib, təsərrüfatlara baxış keçirib

“Azərbaycanda rəqəmsal transformasiya – 2023” bülleteni çapdan çıxıb

“Tərəqqi” medalı ilə təltif edilmiş qadınlara mükafatlar təqdim olunub

Yüksək Liqa: “Murov Az Terminal” yarımfinalda “Neftçi”yə qalib gəlib

Bərdə-Ağdam avtomobil yolunda baş verən qəzada bir nəfər ölüb - YENİLƏNİB VİDEO

Cüdo üzrə Azərbaycan millisi Avropa çempionatına tam heyətlə hazırlaşır

Azad edilmiş ərazilərdəki yaylaqlara köçəcək 4 min 500 nəfərdən çox fermerə ANAMA təlimlər keçir

Çində Azərbaycan dili virtual formada tədris olunacaq VİDEO

BMU-nun nümayəndələri Özbəkistanda beynəlxalq konfransda iştirak edəcəklər

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxs saxlanılıb

Bişkekdə TÜRKPA-nın iclası keçiriləcək

Dünya Bankı “ASAN xidmət” konseptini yüksək qiymətləndirir

Keçmiş məcburi köçkünlərin qayıdış prosesi ilə bağlı müraciətləri dinlənilib

Mer: Azərbaycan İrpenin ən böyük 4 obyektinin yenidən qurulmasını və bərpasını maliyyələşdirəcək VİDEO

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Qax şəhər məktəbinin 2 şagirdi buraxılış imtahanında maksimum nəticə göstərib

Bakıdakı Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib

Ədəbiyyat İnstitutunda “Məhəmməd Füzuli və Türk dünyası” mövzusunda elmi konfrans keçirilib

Sumqayıtda “Ekoloji təhlükəsizlik və yaşıl dünya” adlı işgüzar konfrans keçirilib

Azərbaycanın bu ilin birinci rübündə ən çox neft ixrac etdiyi ölkə İtaliyadır

Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilib

Daha beş qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

® “Kapital Bank” 2024-cü ilin I rübünün maliyyə nəticələrini elan edib

Yaşar Gülər: Türkiyə dünyada təhlükəsizlik, sülh və sabitliyə ciddi töhfə verir

ACE platformasından neft hasilatına başlanılıb

Azərbaycan klubları Superkubok oyununun bərpa olunmasını istəyir - ARAŞDIRMA

Azərbaycan “ACWA Power” şirkəti ilə quruda və dənizdə külək enerjisi layihələrini müzakirə edib

Naxçıvan şəhərində evdə baş verən yanğın söndürülüb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu azalıb

FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib

Nazir: Qarabağ Universitetinə proqram rəhbərləri seçilib, əlavə vakant yerlər də açılacaq – EKSKLÜZİV

Daşkənd şəhəri MDB-nin gənclər paytaxtı oldu

NDU-nun kafedra müdiri: Naxçıvanda fiziki məhdudiyyətli uşaqların sayı azalıb

Cari ilin birinci rübündə ixrac edilən xam neft və neft məhsullarının dəyəri açıqlanıb

Emin Əmrullayev: Dünya universitetlərinin reytinq siyahısında yer almaq üçün ixtisaslaşma vacib rol oynayır

Yunanıstanda Paris Olimpiya Oyunlarının məşəli alovlandırılıb

Birinci rübdə neft koksunun ixracı 7 faizdən çox azalıb

Azərbaycanda Türkiyənin Sığorta Birliyinə bənzər təşkilatın yaradılması nəzərdə tutulur

Məleykə Abbaszadə: Yüksək bal toplayanların çoxluğunu sualların sadə olması ilə əlaqələndirmək səhvdir - EKSKLÜZİV

“İnfraqırmızı spektroskopiyanın üzvi və qeyri-üzvi birləşmələrə tətbiqi” kitabının VI cildi nəşr olunub

Məhkumluqdan azad olunmasına üç ay qalmış bir qrup şəxsin qiymətləndirilməsi aparılıb

Taksford At Muzeyi onilliyini qeyd edir

Si Cinpin Ukrayna böhranının həlli üçün dörd prinsip təklif edib

Naxçıvanqalanın bərpası zamanı yol verilmiş nöqsanlar səbəbindən ön divarlarından biri uçub

Şərurun Kərimbəyli kəndində yanğın baş verib VİDEO