Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Milli Məclisdə “Azərbaycan ailə modeli: müasirlik və dəyərlər” mövzusunda tədbir keçirilib

Bakı, 23 may, AZƏRTAC

Mayın 23-də Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin təşkilatçılığı ilə “Azərbaycan ailə modeli: müasirlik və dəyərlər” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu deyib. Diqqətə çatdırıb ki, Ümummilli Lider hər zaman milli mənəvi dəyərlərin qorunmasının vacibliyini xüsusi qeyd edirdi. Bu gün ölkəmizdə ailə institutunun qorunması prioritet məsələlərdəndir. Tarixin hər bir mərhələsində ailə cəmiyyətin inkişafında mühüm rol oynayıb. Cəmiyyətin inkişafı ailənin rifahından, ailədaxili sağlam mənəvi mühitdən, ailə münasibətlərinin yüksək əxlaqi dəyərlər əsasında təşkilindən çox asılıdır. Buna görə də cəmiyyət həmişə ailənin möhkəm bünövrə əsasında qurulmasına, inkişafına çalışır. Cəmiyyətin və dövlətin tərəqqisində xüsusi rolu olan ailə öz bütövlüyünü qoruyub saxlayır. Azərbaycan ailəsi dünyada özünəməxsusluğu ilə seçilir. Bizim qədimdən gələn ailə modelimiz var.

Aqiyə Naxçıvanlı vurğulayıb ki, mütəmadi aparılan maarifləndirmə işlərinə baxmayaraq, hələ də cəmiyyətdə erkən nikahlar problem olaraq qalır. Erkən nikahlarda məişət zorakılığından tutmuş doğuş zamanı ana və uşaq ölümlərinə, boşanmalara, fiziki və psixoloji çətinliklərə rast gəlinir. Eyni zamanda, təhsildən yayınma halları da baş verir.

Parlamentin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov tədbirin mövzusunun bu gün cəmiyyətimiz üçün çox aktual və maraqlı olduğunu söyləyib. O, boşanma hallarının yaratdığı problemlərdən danışıb. Bildirib ki, bir valideynlə yaşayan uşaqların həm fiziki, həm də psixi sağlamlığında olan problemlər hər iki valideyni ilə yaşayanlara nisbətən daha çoxdur. Bu, həm somatik, həm yoluxucu xəstəliklərə, xüsusilə psixi pozulmalara aiddir. Bunun əsas səbəbi onunla bağlıdır ki, bir valideynlə yaşayan uşaqlar kifayət qədər diqqət görmür. Valideyn çalışır və uşaqların sağlamlığı diqqətdən kənarda qalır. Bir sözlə, ailələrin dağılması, boşanmalar, ilk növbədə, uşaqların sağlamlığına təsir edir. Uşaqların sağlamlığına təsir edən digər fakt isə ailələrin sosial-iqtisadi vəziyyətidir. Bir ailədə bir valideyn olanda şübhəsiz ki, onun maliyyə vəziyyəti də çətin olur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova deyib ki, ölkəmizdə ailəyə xüsusi diqqət göstərilir və bu sahədə dövlət siyasəti həyata keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi həm hüquqi bazanın mükəmməlləşməsində, həm ailə institutunun inkişaf etdirilməsində öz səylərini göstərir, bununla bağlı tədbirlər görür. Komitənin regionlarda 11 mərkəzi var və bunlar Azərbaycan ailəsinə dəstək kimi böyük əhəmiyyət kəsb edir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə ən çox alimentlərlə bağlı müraciətlər daxil olduğunu deyən S.Qəhrəmanova bildirib ki, cüzi miqdarda olan alimentin verilməsi problemə çevrilir. Eyni zamanda, məişət zorakılığı ilə bağlı da müraciətlər daxil olur. “Boşanan ailələrin təməli düzgün qoyulmur. Boşanmaların sayı artırsa, bu, problemdir. Dövlət Komitəsi bununla bağlı maarifləndirmə tədbirləri keçirir. Azərbaycanda qeyri-rəsmi nikahlardan hər il iki minə yaxın uşaq doğulur. Düzdür, 10 il bundan öncə bu rəqəm daha böyük idi. Erkən nikahla bağlı qanunvericilikdə müəyyən dəyişikliklər edilməlidir”, - deyə komitə sədrinin müavini bildirib.

Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli ailələrin dağılmasının əsas səbəblərindən biri kimi sosial şəbəkələri göstərib. O, Azərbaycanda çoxuşaqlı ailə məfhumunun 5-dən 3-ə endirilməsini təklif edib. Azərbaycanda nikaha girənlərə nikahın rəsmiləşdirilməsindən əvvəl bir ay vaxt verildiyini deyən H.Rəcəbli həmin müddətdə gənclər üçün xüsusi kurslar təşkil edilməsinin vacibliyini vurğulayıb.

Komitə sədri bildirib ki, ulu öndər Heydər Əliyev ailə, qadın və uşaq məsələlərini daim diqqətdə saxlayıb. Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva da bu sahəyə xüsusi diqqət və qayğı göstərir.

Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov ailələrin dağılmasının əsas səbəblərindən biri kimi valideynlərin ailəyə müdaxiləsini göstərib. “Valideyn istəyir övladı ailə qursun, amma bilmir övladı buna hazırdır, ya yox”, - deyən S.Novruzov

diqqətə çatdırıb ki, ailə milli mənəvi dəyərlərin təcəssümü, daşıyıcısıdır.

Komitə sədri nikah müqavilələrinin bağlanmasının vacibliyini qeyd edib. Bildirib ki, bu gün müvafiq qurumlara boşanmalarla bağlı müraciətlərin əsas səbəbləri mülkiyyət münasibətləri, alimentin verilməməsi, uşağın valideynə göstərilməməsi kimi məsələlərdir. Bunların aradan qaldırılması üçün ilkin olaraq nikah müqaviləsi bağlanmalıdır.

Bakı Dövlət Universitetinin sosial və pedaqoji psixologiya kafedrasının müdiri professor Kamilə Əliyeva deyib ki, cəmiyyətin sosial-iqtisadi inkişafının sürətlənməsi fonunda insanların psixoloji vəziyyəti ilə bağlı bir sıra problemlər özünü göstərir. Bununla yanaşı, ölkəmizin 25 ildən artıqdır ki, məcburi müharibəyə cəlb edilməsi, zaman-zaman yüksələn qlobal ziddiyyətlər, eləcə də böyük dövlətlərin apardığı və kiçik dövlətlərin cəlb olunduğu lokal müharibələr gündəlik həyatımızda neqativ halların yaranmasına səbəb olur, stress hallarını artırır. Nəzərə almaq lazımdır ki, belə vəziyyətlərin və neqativ proseslərin təsiri altında psixologiya şəraitə uyğunlaşa bilmir. İnsanlar aqressiv davranışa meyil edirlər. Bu isə qurulan ailələrin dağılmasına, məişət zorakılığı, intihar kimi sosial problemlərin yaranmasına səbəb olur. Müasir dövrdə tez-tez rastlaşdığımız sosial bəlalar arasında həlli vacib olan problemlərdən biri intiharlarla bağlıdır. Demək olar ki, tez-tez müxtəlif yaşlı insanlar hansısa səbəblərdən intihar və ya buna cəhd edir.

Tədbirdə mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Sabahın alimləri” XIII respublika müsabiqəsi başlanır

Deputat: Süni adaların yaradılması beynəlxalq konvensiya əsasında yaradılır

Sidney kilsəsində insanlara bıçaqla hücum terror aktı elan edilib

ABŞ-da Donald Trampa qarşı məhkəmə prosesi başlayıb

Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılıb

“Xəzər Hövzəsi Araşdırmaları” proqramı 18 ölkənin nümayəndələrini bir araya gətirib

İri və xırdabuynuzlu heyvanlar dabaq və qarayara xəstəliyinə qarşı peyvəndlənir

İKTA: Hesabatlılıqdan yayınan provayderlər cərimələnib

Türkiyə Qəzzaya daha bir humanitar yardım gəmisi göndərəcək

Basketbol Federasiyasının baş katibi: Qarşımıza qoyulan maksimum hədəfə çatdıq

“İnklüziv təhsildən inklüziv cəmiyyətə” mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb

DYP: Avtomobildən ixrac olunan qazın tərkibi normaya uyğun olmalıdır

NASA-nın Mars missiyası maliyyə çətinliyi ilə üzləşib

Şəkidə Ulu Öndərin xatirəsinə həsr olunan futzal turnirində 24 komanda mübarizə aparır

Xəzər dənizində yaradılacaq süni torpaqlarda tikinti fəaliyyəti məcəllənin tələblərinə uyğun həyata keçiriləcək

Xəzər dənizində süni torpaq sahəsinin yaradılması üçün icarə haqqı müəyyən ediləcək

Könüllülər üçün “Yaşıl düşüncə maarifləndirmə proqramı” layihəsinə start verilir

"Xalqın mədəni sərvəti" layihəsi Süleyman Ələsgərovun 100 illiyinə həsr olunub

Dövlət Komitəsi rəsmisi: Tikinti ilə bağlı tələblər baxımından qanunvericiliyin təkmilləşdirilməsi zərurətdir

Milli Kitabxanada “Xalq artisti Ramiz Mirişli” adlı kitab sərgisi açılıb

İrpen şəhərinin küçə və prospektlərinin birinə “Azərbaycan” adının verilməsi təklif edilib

“Zirə” klubunun sabiq futbolçusu vəfat edib

Mərkəzi Bankın sədri: Türkiyə digər sahələrdə olduğu kimi, sığorta sahəsində də əsas tərəfdaşımızdır

Əli Hüseynli: Xəzərdə süni torpaq sahələrinin yaradılması yeni imkanlar açacaq

Taleh Kazımov: Sığorta ödənişləri son üç ildə 26,3 faiz artaraq 587 milyon manata çatıb

Nazir: Azərbaycanda rəqəmsal siyasətə dair dövlət strategiyası 3 əsas istiqamət üzərində qurulub

Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 3 tondan çox narkotik vasitə məhv edilib

Sumqayıt Şəhər Prokurorluğunda “Açıq qapı günü”

Dövlət İdarəçilik Akademiyasında “ASAN xidmət” mərkəzlərinin əməkdaşları üçün təlim keçirilib

"Paris-2024"ə lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb

“Yaradıcı müzakirələr” layihəsinə qeydiyyat başlayıb

Qazaxıstanlı politoloq: Cənubi Qafqaz regionunun əhəmiyyəti artır

Azərbaycanda narkotikdən yaranan davranış pozuntularına görə dispanser nəzarətində olanların sayı açıqlanıb

Qərbi Azərbaycan İcması professor Lemkinin adından sui-istifadə edilməsini sərt şəkildə qınayıb

İİTKM informasiya sistemlərini tam şəkildə “Hökumət buludu”na köçürüb

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edəcək

Tahir Mirkişili: Azərbaycan son dövrlərdə kiberhücumlara ən çox məruz qalan ölkələr sırasındadır

Taleh Kazımov: Azərbaycanda sığorta sisteminin İT sahəsində kadr potensialının artırılması prioritet məsələlərdəndir

Katarakta əməliyyatı zamanı ABŞ istehsalı olan linzaların xərcləri icbari tibbi sığorta ilə qarşılanır

Bakıda ilk dəfə Azərbaycan İnsurtech Zirvəsi keçirilir

Rusiyalı qonaq Ədəbiyyat Muzeyində olub

BMT-nin Yerli Əhalinin Problemləri üzrə Daimi Forumu keçirilir

Naxçıvanda bu ilin yanvar-mart ayları ərzində 2052 çıxarış verilib

Çempionlar Liqası: “Barselona” PSJ-ni, “Borussiya” “Atletiko Madrid”i qəbul edəcək

Hərbi təhsil müəssisələrinə qəbulla bağlı maarifləndirici görüşlər keçirilib

Avtoyuma məntəqəsindən avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb

Ötən illərlə müqayisədə yollarda ölüm və xəsarətlə nəticələnən qəzaların sayında kəskin azalma müşahidə edilib

İnterpol tərəfindən axtarışda olan şəxs İstanbulda saxlanılıb

Gənclər Kitabxanasında Ramiz Mirişliyə həsr olunan sərgi hazırlanıb

Qarğıdalı sahəsini dolu vurdu, 90 min manata yaxın aqrar sığorta ödənildi

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub YENİLƏNƏCƏK

Fövqəladə Hallar Nazirliyi təkər satışı və təmiri mərkəzində yanğın təhlükəsini aradan qaldırıb

Çexiyada bir həftədə 1500-ə yaxın insan göy öskürəyə yoluxub

Dövlət qulluğu vəzifələri üzrə sertifikat əldə edilməsi üçün qeydiyyat başlanıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək

ƏÜO istismarda olan avtomobil texnikalarına texniki baxış keçirilib

Dünya birjalarında neft bahalaşıb

DİN: Xankəndidə 27 avtomat və digər silah-sursat aşkarlanıb

DİN: Qanunsuz odlu silahlar təhvil götürülüb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

Cəbrayılda minalar aşkar edilib VİDEO

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Çinin ümumi daxili məhsulu 5,3 faiz artıb

Cari ilin üç ayında yol-nəqliyyat hadisələrində 33 nəfər ölüb, 72 nəfər xəsarət alıb

ADY: Dəmiryol keçidlərində sürücü diqqətsizliyi iki qəzaya səbəb olub

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qriplə allergiyanın fərqi

Naftalanda narkotik satan və alan şəxslər saxlanılıblar

Zevsin mağarası və Artemida məbədinin məkanı - Quşadası

Rusiyanın neft emalı zavodlarının PUA zərbələrinə məruz qalması neftin qiymətinə təsir edəcək

Üç ayda Qəbələdə 6,2 milyon manatlıq sənaye məhsulu ixrac olunub

“Coral Reef Watch”: Mərcan rifləri dördüncü qlobal rəngsizləşmədən əziyyət çəkirlər

İtaliyadakı G7-lərin iclasında müharibələrə son qoyulması üzrə səylər müzakirə olunacaq

Yaponiya sahillərində zəlzələ baş verib

Baş məşqçi: Gənc boksçularımızı təkmilləşdirmək niyyətindəyik

Qızıl medal qazanan boksçu: Heç bir döyüşdə çətinlik çəkmədim

Azərbaycanla Serbiya arasında strateji tərəfdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub

Avropa çempionatında qızıl medal qazanan Azərbaycan boksçuları Vətənə qayıdıblar

BMT-nin Vyana bölməsində beyin inkişafının əhəmiyyətinə həsr olunmuş tədbir keçirilib

Kanadada “Türk irsi ayı” münasibətilə tədbir təşkil olunub

Miqren üçün yeni müalicə ümidi: Həb olaraq alınacaq dərman İngiltərədə istifadə olunmağa başlayır

Beynəlxalq Muğam Mərkəzində “Humayla” adlı ilk solo konsert təqdim olunacaq

Meksika mətbuatı: Qərb Ermənistan vasitəsilə Cənubi Qafqazı parçalayır

Rafael Nadal uzun fasilədən sonra tennis kortuna qayıdacaq

"Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı metodik vəsaitin təqdimatı keçirilib

Amerika Yazıçılar Gildiyasının mükafatı təqdim edilib

Tbilisidə etirazçılarla polis arasında qarşıdurma yaşanıb

Şirvanda Zərifə xanım Əliyevanın mənalı ömür yoluna həsr olunan sərgi açılıb

Britaniyanın Baş naziri İran və İsraili təmkinli olmağa çağırıb

Antoni Blinken: İsrailin müdafiəsini dəstəkləməyə və regiondakı şəxsi heyətimizi müdafiə etməyə davam edəcəyik

Hakan Fidan Türkiyədə səfərdə olan Con Bass ilə bölgədəki son hadisələri müzakirə edib

Azərbaycanın xarici işlər naziri Özbəkistan Prezidenti ilə görüşüb

Praqada azərbaycanlı müəllifin əsərinin premyerası keçirilib

Bəhruz Məhərrəmov: Sabitlik adası olmaq, təbii ki, Azərbaycanın qalibiyyətinin nəticəsidir

Sudana humanitar yardım konfransı

Çində ən böyük ticarət sərgisi olan “Kanton” işə başlayıb

Xəzər və Binəqədi rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Tbilisidə parlamentin binası önündə aksiya keçirilib

Yaylaqlara köç edəcək təsərrüfat rəhbərləri üçün mina təhlükəsizliyinə dair təlimlər keçiriləcək

Moldova Texniki Universitetinin rektoru AzTU-nun nümayəndə heyəti ilə görüşüb