İQTİSADİYYAT


Milli Məclisdə Türk İnvestisiya Fondunun yaradılması ilə bağlı qanun layihəsi müzakirə edilir

Milli Məclisdə Türk İnvestisiya Fondunun yaradılması ilə bağlı qanun layihəsi müzakirə edilir

Bakı, 24 may, AZƏRTAC

Türk Dövlətləri Təşkilatının üzv dövlətlərinin iştirakı ilə Türk İnvestisiya Fondu yaradılır.

AZƏRTAC xəbər verir ki, “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 24-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsinə əsasən, Fondun yaradılmasında məqsəd regiondaxili ticarəti genişləndirmək, iqtisadi fəaliyyətləri dəstəkləmək vasitəsilə TDT-nin üzv dövlətlərinin iqtisadi inkişafına töhfə verməkdir.

Qeyd edək ki, “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Saziş 2023-cü il martın 16-da Ankara şəhərində imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.