SİYASƏT


Milli Məclisdə amerikalı jurnalistlərə Azərbaycan həqiqətləri barədə məlumat verilib

Bakı, 13 mart, AZƏRTAC

ABŞ-ın məşhur “John Batchelor” şou proqramının rəhbəri Con Batçelor martın 13-də Milli Məclisdə olub.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Cavanşir Feyziyev qonağa Azərbaycanın iqtisadi inkişafı, paytaxtımızda və regionlarda həyata keçirilən irimiqyaslı layihələr haqqında məlumat verib. Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixindən danışan deputat bildirib ki, münaqişə nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin 20 faizi işğal olunub, 1 milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilib.

Azərbaycanın əldə etdiyi nailiyyətlər, iqtisadi inkişafı barədə kifayət qədər məlumatlı olduğunu deyən Con Batçelor bildirib ki, səfərinin əsas məqsədi ölkəmiz haqqında daha geniş məlumatlar əldə etmək və bu informasiyaları ABŞ-da yaymaqdır.

“Fox” televiziyasının siyasi şərhçisi Monika Krouleyin, “BrightSphere” İnvestisiya Qrupu şirkətinin sədr müavini Nikson Koksun və digər şəxslərin də iştirak etdiyi görüşdə Azərbaycanın regiondakı vacib iqtisadi əhəmiyyətindən danışılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.