Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Milli Məclisdə büdcə zərfinin müzakirəsi yekunlaşıb

Bakı, 8 dekabr, AZƏRTAC

Dekabrın 8-də Milli Məclisin plenar iclasında 2017-ci ilin büdcə zərfinin müzakirəsi yekunlaşıb.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov iclasın gündəliyinə “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrinin, Milli Məclisin və Hesablama Palatasının 2017-ci il üçün xərclər smetalarının daxil olduğunu deyib.

Əvvəlcə “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında” qanun layihəsinə baxılıb.

Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, büdcə gəlirlərinin aşağı düşməsi, büdcə kəsirinin yaranması 2008-ci ildən başlayan dünya iqtisadi böhranının nəticələridir. Bütün bunlara baxmayaraq, artıq iki ildir ki, dövlət büdcəmizdə sosial sahələrə, sosial müdafiə məqsədlərinə ayrılan vəsaitlər azalmır, hətta bəzi maddələr üzrə artım da hiss olunur.

Komitə sədri diqqətə çatdırıb ki, gələn il Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 3,4 milyard manat təşkil edəcək. Bu da ötən ilin müvafiq büdcəsindən təxminən 100 milyon manat çoxdur. Artım əsasən dövlət sosial sığorta haqlarının yığımı hesabına nəzərdə tutulur. Belə ki, 2017-ci ilin proqnozları 2015-ci ilin icra olunmuş mədaxil göstəricilərindən 12,7 faiz çoxdur. Təqdirəlayiq haldır ki, Fondun büdcədən asılılığı ilbəil azalır. Əgər 2012-ci ildə Sosial Müdafiə Fonduna dövlət büdcəsindən transfert 42 faiz təşkil edirdisə, gələn il üçün bu rəqəm 37,4 faizə düşüb.

Qeyd edilib ki, layihənin müsbət məziyyətlərindən biri də pensiyaların təkcə sığorta hissəsinin deyil, məbləğin bütövlükdə indeksasiya edilməsidir. Bu da nəticədə hiss olunan artıma gətirib çıxara bilər.

Bildirilib ki, hazırkı maliyyə çətinlikləri dövründə büdcə təşkilatlarının büdcədən kənar vəsaitləri hesabına da sığorta məbləğlərini artırmaq mümkündür. Proqnozlarda bu illə müqayisədə həmin mənbədən gələn il üçün təxminən iki dəfədən çox yığım planlaşdırılır.

Diqqətə çatdırılıb ki, Fondun xərclərinin təxminən 95 faizini hər il olduğu kimi, əmək pensiyalarının qrafasındakı rəqəmlər təşkil edir. Bu göstərici ötən illə müqayisədə 7,7 faiz çoxdur. Ölkədə gözlənilən orta yaş həddinin artması və əhalinin sayının çoxalması səbəbindən pensiyaçıların bu hesaba 1 milyon 320 min nəfər olacağı proqnozlaşdırılır. Bu da cari illə müqayisədə 20 min nəfər çoxdur. Buna baxmayaraq ölkə üzrə orta aylıq pensiyanın məbləği təxminən 8 faiz artırılaraq 203 manata çatdırılacaq. Gələn il Fondun vəsaiti hesabına ilk dəfə vətəndaşların hər birinə işsizliyə görə verilən müavinətin artırılacağı gözlənildiyindən ümumi məxaric məbləğinin bu maddəsinin 2015-ci illə nisbətə üç dəfə çoxalması proqnozlaşdırılır.

İclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörən sosial-iqtisadi siyasəti və hərtərəfli islahatlar strategiyası qlobal miqyasdakı siyasi, sosial və iqtisadi kataklizmlərdən qaynaqlanan ciddi çətinliklərin Azərbaycana təsirlərini azaltmaqla yanaşı, ölkənin əsas iqtisadi vəzifələrinin və sosial proqramların uğurlu icrasını təmin etməkdədir. Hazırda Azərbaycan Prezidentinin sosial müdafiə sistemi qarşısında qoyduğu başlıca vəzifələr əhatəliliyin maksimum dərəcədə artırılması, səmərəliliyin yüksəldilməsi, ünvanlılığın və şəffaflığın tam təmin olunmasıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qeyd olunan hər üç vəzifənin yerinə yetirilməsi üçün çox ciddi tədbirlər görülür. Belə ki, Dünya Bankı mütəxəssislərinin hesablamalarına görə, ölkənin sosial müdafiə sistemi geniş əhatəliliyə malikdir və yoxsulluğun azaldılmasında mühüm rol oynamaqla yoxsul sayıla biləcək əhalinin 90,1 faizini əhatə edir və bu sistem vasitəsilə ödənilən pensiyalar, müavinətlər və sosial yardımlar həmin əhali təbəqəsinin gəlirlərinin artırılmasında mühüm rol oynayır.

Hazırda ölkədə sosial müdafiə sistemi vasitəsilə 1 milyon 312 min nəfər əmək pensiyası, 506 min nəfər müxtəlif növ müavinətlər, 162 min ailənin 707 min nəfər üzvü isə ünvanlı sosial yardım alır. Bu insanlara DSMF-nin yerli orqanları vasitəsilə hər ay 316 milyon manat vəsait ödənilir.

Nazir bildirib ki, son dövrlərdə sosial müdafiə sisteminin fəaliyyətinin avtomatlaşdırılması istiqamətində atılan addımlar - əmək müqavilələrinin elektron qeydiyyat bazasının, eləcə də avtomatlaşdırılmış ünvanlı sosial yardım, əlillik və pensiya təyinatı sistemlərinin formalaşdırılması ünvanlılıq və şəffaflıq prinsiplərinin təmin olunmasında həlledici rol oynamaqla vəsaitlərin istifadəsində səmərəliliyin artırılması vəzifəsini də yerinə yetirməyə imkan verib. Belə bir şəraitdə DSMF-nin yeni reallıqlara uyğun, gərgin və balanslaşdırılmış büdcəsinin tərtibi növbəti ildə əmək pensiyaçılarının rifahının gücləndirilməsinə yönəldiləcək səmərəli sosial müdafiə tədbirləri üçün adekvat maliyyə təminatının formalaşdırılmasını təmin etməklə yanaşı, bütünlükdə ölkədə sosial öhdəliklərin icrası baxımından mühüm əhəmiyyət kəsb edir. Fondun 2017-ci il büdcəsinin layihəsi cari ilin keçən dövründə ölkə iqtisadiyyatının inkişaf meyilləri və növbəti illərdə sosial-iqtisadi inkişafın əsas proqnozları, 2015-ci il və 2016-cı ilin ötən dövrü üzrə Fondun büdcəsinin icrası nəticələri, 2016-cı ildə əhalinin gəlirləri və məşğulluq göstəriciləri, demoqrafik inkişaf trendləri, həmçinin sığorta-pensiya sisteminin əsas parametrlərinin dəyişməsi nəzərə alınmaqla tərtib olunub.

Nazir aparılan aktual hesablamalara əsasən 2017-ci ildə demoqrafik inkişaf trendlərini, əhalinin məşğulluğunu və sosial vəziyyətini səciyyələndirən göstəriciləri, eləcə də sığorta-pensiya sisteminin əsas parametrlərini diqqətə çatdırıb. Bildirib ki, doğulanların sayının 159,2 min nəfər, doğulanda gözlənilən ömür uzunluğunun 75,2 yaş (qadınlar üzrə 77,6 yaş, kişilər üzrə 72,7 yaş) olacağı, 15-64 yaşadək, yəni, əmək qabiliyyətli yaşda olan əhalinin bütün əhalinin 71,3 faizini, 65 yaşdan yuxarı əhalinin isə bütün əhalinin 6,2 faizini təşkil edəcəyi gözlənilir.

İqtisadiyyatda məşğul olanların orta illik sayının 4741 min nəfər, muzdla işləyənlərin orta illik sayının isə 1520 min nəfər və ya məşğul əhalinin 32,1 faizi qədər olacağı proqnozlaşdırılır.

Nəzərdə tutulur ki, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı ilin əvvəlinə nisbətən 3,7 faiz artaraq 508,4 manata çatacaq. 2017-ci ildə pensiya sisteminə daxil olacaq və pensiya sistemindən çıxacaq pensiyaçıların sayı üzrə proqnozlar əmək pensiyaçılarının orta illik sayının 1 milyon 324 min nəfərə çatacağını göstərir ki, bu da cari ilin orta illik gözlənilən sayından 16 min nəfər çoxdur.

Qeyd edilib ki, Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il üçün xərcləri 3,4 milyard manat proqnozlaşdırılır. Bu da cari ilin gözlənilən icra göstəricisindən 248 milyon manat və ya 8 faiz çoxdur. Növbəti ildə əhaliyə ödənişlər Fondun xərclərinin 97,6 faizi səviyyəsində və ya 3318 milyon manat proqnozlaşdırılır. Əhaliyə ödənişlərin 2017-ci il üçün nəzərdə tutulmuş proqnozu cari ilin gözlənilən icra göstəricisindən 234 milyon manat və ya 7,6 faiz çoxdur. Əmək pensiyaları üzrə xərclər əhaliyə ödənişlərin 97 faizini təşkil edərək 3214 milyon manat olacaq ki, bu da cari ilin gözlənilən icra göstəricisindən 7,7 faiz çoxdur. Fondun büdcəsində nəzərdə tutulan pensiyaçıların sosial müdafiəsi tədbirlərinin reallaşdırılması nəticəsində növbəti ildə əmək pensiyalarının orta aylıq məbləği 5,8 faiz artaraq 202,3 manat təşkil edəcək. 2017-ci ildə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin proqnozu 104,4 milyon manatdır ki, bu da cari ilin büdcəsi üzrə gözlənilən icraya nisbətən 5,7 faiz çoxdur.

2017-ci ildə digər xərclər 81,8 milyon manat məbləğində nəzərdə tutulur ki, bu da 2016-cı ilə nisbətən 19,6 faiz və ya 13,4 milyon manat çoxdur. Fondun 2017-ci il üçün gəlirləri 3,4 milyard manat proqnozlaşdırılır ki, bu da 2016-cı ilin gözlənilən icra göstəricisindən 270 milyon manat və ya 8,6 faiz çoxdur. Fondun gəlirləri məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar, sair gəlirlər və dövlət büdcəsindən ayırmaların məcmusundan ibarətdir. 2017-ci ildə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların proqnozunun 61,2 faizi və ya 1,3 milyard manatı qeyri-büdcə təşkilatlarının payına düşür ki, bu da cari ildə gözlənilən daxilolmalardan 120 milyon manat və ya 10,2 faiz yuxarıdır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 54,5 milyon manat və ya cari ildə gözlənilən nəticədən 1 milyon manat çox proqnozlaşdırılır. 2017-ci ildə dövlət büdcəsindən ayırmalar (transfert) 2016-cı ilin büdcə göstəricisi ilə müqayisədə 24 milyon manat və ya 1,9 faiz artaraq 1270 milyon manat təşkil edəcək.

Sonra deputatlar qanun layihəsini müzakirə ediblər.

Daha sonra “Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsinə baxılıb. Bildirilib ki, layihədə 2017-ci il üçün yaşayış minimumunun ölkə üzrə 155 manat olması təklif edilir. Bu, əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130 manat, uşaqlar üçün isə 116 manat məbləğində müəyyən edilib.

“Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi müzakirə edilən zaman qeyd olunub ki, ilkin variantda bu rəqəm 105 manat məbləğində müəyyənləşmişdi. Büdcə müzakirəsinin başlandığı ilk gündən bu məsələ gündəmə gəldi və həmin rəqəm 116 manat məbləğinə çatdırıldı. Bu, ünvanlı sosial yardımın təyin edilməsi üçün müəyyənləşən rəqəmdir.

İclasda Milli Məclisin 2017-ci il üçün xərclər smetası haqqında qanun layihəsinə də baxılıb. Milli Məclisin işlər müdiri Firudin Hacıyev bildirib ki, parlamentin daxili nizamnaməsinin 52-ci maddəsinə əsasən, Milli Məclisin xərclər smetası növbəti ilin dövlət büdcəsinə baxılarkən təsdiq edilir. O bildirib ki, Milli Məclisin və onun aparatının saxlanması ilə bağlı 2017-ci ilin xərclər smetası layihəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun hazırlanıb.

Diqqətə çatdırılıb ki, 2017-ci il dövlət büdcəsində Milli Məclis və onun aparatının saxlanması üçün 23 milyon 89 min 714 manat vəsait nəzərdə tutulub ki, bu da 2016-cı il ilə müqayisədə 394 min 500 manat çoxdur. Xərclər smetasının ümumi dəyərinin 71,5 faizini əməkhaqqı fondu və əməkhaqqına olan əlavələr təşkil edir.

İclasda, həmçinin Hesablama Palatasının 2016-cı il üçün xərclər smetası haqqında qanun layihəsinə baxılıb. Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, Azərbaycan Respublikasının Hesablama Palatasının 2017-ci il üçün büdcə layihəsi təqdim edilib. Növbəti ildə palatanın saxlanması üçün 3 milyon 812,8 min manat vəsait ayrılması nəzərdə tutulub. Bu vəsait 2016-cı illə müqayisədə 0,8 faiz çoxdur. Palatanın saxlanması üçün sərf olunan vəsaitin 83 faizindən bir qədər artıq hissəsi onun əməkhaqqı xərclərini təşkil edir. Hesablama Palatasının təqdim etdiyi xərclər smetası onun fəaliyyətini səmərəli təşkil etməyə və nəzarət tədbirlərinin keyfiyyətini yüksəltməyə imkan verəcək.

İclasa yekun vuran Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, növbəti iclas dekabrın 16-da keçiriləcək. Həmin iclasda Azərbaycan Respublikasının 2017-ci il üçün dövlət büdcəsi layihəsi və büdcə zərfinə daxil olan sənədlər səsverməyə çıxarılacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib