Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Məclisdə postmüharibə dövründə icra və qanunvericilik hakimiyyətləri arasında əməkdaşlığın prioritetləri müzakirə olunub

Bakı, 21 sentyabr, AZƏRTAC

Milli Məclisdə “Vətən müharibəsinin birinci ildönümü: postmüharibə dövründə icra və qanunvericilik hakimiyyətləri arasında əməkdaşlığın prioritetləri” mövzusunda videokonfrans keçirilib. Konfransda Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, parlamentin rəhbərliyi, komitə və komissiya sədrləri və müavinləri, həmçinin Prezident Administrasiyasının və Milli Məclis Aparatının əməkdaşları iştirak ediblər.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbiri giriş sözü ilə açan Milli Məclisin sədri Sahibə Qafarova VI çağırış Milli Məclisin fəaliyyətində bu cür konfransların keçirilməsinin yaxşı bir ənənəyə çevrildiyini bildirərək, bugünkü tədbirdə müzakirə edilən mövzunun da kifayət qədər aktual olduğunu deyib. Sahibə Qafarova bu günlərdə Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifəsini təşkil edən Vətən müharibəsinin birinci ildönümünün tamam olduğunu xatırladaraq, illər keçsə də Azərbaycan xalqının həmin tarixi günləri heç vaxt unutmayacağını, hər zaman böyük fəxarət hissi ilə xatırlayacağını söyləyib. O, ötən il sentyabrın 27-də başlayan Vətən müharibəsinin Azərbaycanın tarixi Qələbəsi ilə başa çatdığını, noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli Bəyanatla münaqişəyə son qoyulduğunu, bu sənədin, həmçinin Ermənistanın kapitulyasiya aktı olduğunu, Azərbaycanın öz torpaqlarını işğaldan azad edərək, həm tarixi ədaləti, həm də ərazi bütövlüyünü bərpa etdiyini diqqətə çatdırıb. Bu şanlı Qələbənin Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin, yeni dövrün başlanğıcı olduğunu bildirən parlamentin sədri vurğulayıb ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrüdür. Bu mərhələdə Azərbaycan dövlətinin qarşısında duran vəzifələr, hədəflər cari il yanvarın 6-da Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə çox aydın şəkildə ifadə edilib. Sahibə Qafarova bildirib ki, bu strateji hədəflər, ilk növbədə, regionda davamlı sülh və təhlükəsizliyin təmin olunması, işğaldan azad edilən tarixi torpaqlarımızda genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması, həmin ərazilərin yenidən dirçəldilməsi, qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıtmasının təmin edilməsi ilə bağlıdır. Prezident İlham Əliyevin Şuşa şəhərinə, işğaldan azad olunmuş digər şəhər və rayonlarımıza səfərləri, həmin səfərlər çərçivəsində çox mühüm tədbirlərdə iştirakı, açılış və təməlqoyma mərasimlərinin keçirilməsi bir daha Azərbaycan dövlətinin gücünü və qüdrətini hər kəsə nümayiş etdirir. Bu tədbirlər həm böyük rəmzi məna daşıyır, həm də həyata keçirilən layihələr milli iqtisadiyyatımızın inkişafına təkan verir.

Ermənistanın 30 il ərzində işğal altında saxladığı şəhər və rayonlarımızı, binaları, tarixi abidələri, məscidləri dağıtdığını, talan etdiyini xatırladan Sahibə Qafarova deyib ki, hazırda qarşımızda duran mühüm prioritetlərdən biri Ermənistanın törətdiyi bu vəhşilikləri və digər təxribatları beynəlxalq ictimaiyyətə dolğun çatdırmaqdır.

Videokonfransda müzakirə olunan mövzunun aktuallığına toxunan parlamentin sədri xatırladıb ki, VI çağırış Milli Məclis fəaliyyətə başlayandan sonra bu sahədə bir sıra mühüm addımlar atılıb. Postmüharibə dövründə də bu istiqamətdə uğurlu əməkdaşlıq davam etdirilir. Milli Məclis sədrinin sözlərinə görə, hakimiyyətin müxtəlif qolları arasında səmərəli əməkdaşlıq ölkəmizin strateji inkişaf xəttinin uğurla həyata keçməsini təmin edir. S.Qafarova Milli Məclisin deputatlarının seçicilərlə işinin düzgün əsasda qurulması, seçici müraciətlərinin dövlət qurumları tərəfindən cavablandırılması, onların qaldırdıqları məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi, şəhid ailələri, müharibə veteranları, döyüşlərdə sağlamlığını itirmiş qəhrəman övladlarımıza diqqət və qayğıya əsaslanan dövlət siyasətinin dəstəklənməsi, Milli Məclisin təşəbbüsü, müvafiq nazirliklərin və dövlət komitəsinin rəhbər heyətinin və əməkdaşlarının iştirakı ilə parlamentdə cəmiyyəti narahat edən bir sıra məsələlərin ictimai müzakirələrinin keçirilməsi, ölkəmizdə yeni siyasi konfiqurasiyada dialoq mühitinin möhkəmlənməsinə, siyasi sistemin subyektləri arasında əməkdaşlığın gücləndirilməsinə töhfə verilməsi, parlamentin beynəlxalq fəaliyyətinin daha səmərəli həyata keçirilməsi, eyni zamanda, Azərbaycanın milli maraq və mənafelərinin daha yaxşı qorunması kimi prioritet məsələlər haqqında fikirlərini ifadə edib.

Sonra çıxış edən Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib dövlət və xalq olmağımızla Azərbaycan dövlətçiliyi tarixində mahiyyət etibarilə tamamilə yeni inkişaf mərhələsinin başlandığını, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda bu gün həyata keçirilən quruculuq işlərinin – vandallar tərəfindən yerlə-yeksan edilmiş şəhər və kəndlərimizin sürətlə bərpasının əzəli torpaqlarımıza qayıdışımızı günbəgün yaxınlaşdırmaqla yanaşı, bütün dünyaya ölkəmizin qüdrətini, dövlətimizin başçısının möhkəm iradəsini, yüksək idarəçilik məharətini və qurub-yaratmaq əzmini nümayiş etdirdiyini diqqətə çatdırıb. O, müxtəlif dövlət orqanları və qurumları ilə yanaşı, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən genişmiqyaslı layihələrin də göstərilən fəaliyyətə əsaslı təkan verdiyini vurğulayıb.

Şöbə müdiri bildirib ki, indi tarixi Qələbəmizin möhkəmləndirilməsi, şəhid ailələri və müharibə iştirakçılarına qayğının davam etdirilməsi, düşmən tapdağından azad olunmuş ərazilərimizin dirçəldilməsi, erməni təcavüzkarlığının yenidən baş qaldırmaması və təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün haqq işimizlə bağlı beynəlxalq müstəvidə məqsədyönlü fəaliyyət göstərilməsi bütünlükdə Azərbaycan cəmiyyətinin qarşısında duran ən əsas vəzifələrdəndir.

Ədalət Vəliyev Prezident İlham Əliyevin apardığı sistemli və çoxşaxəli inzibati-siyasi islahatların nəticələrindən danışaraq ölkədə iqtidar-müxalifət dialoqunun, yeni siyasi konfiqurasiyanın qurulduğunu, siyasi partiyalarla işin yenidən təşkil edildiyini deyib. Bildirilib ki, dövlətimizin başçısının tapşırığı əsasında üzvlərinin sayına, yaxud ölkə ərazisini əhatə vəziyyətinə görə böyük-kiçikliyindən, siyasi çəkisindən və ya hər hansı digər amildən asılı olmayaraq, ölkədəki bütün siyasi partiya rəhbərləri ilə çoxsaylı görüşlər keçirilib və hər bir görüşün nəticələri müfəssəl təhlil olunaraq verilmiş təkliflər üzrə müvafiq addımlar atılır.

Fərdi görüşlərlə yanaşı, siyasi partiyaların mütləq əksəriyyətinin iştirakı ilə müxtəlif mövzularda çoxtərəfli görüşlər də təşkil edildiyini vurğulayan şöbə müdiri bu qəbildən olan sonuncu – 45 siyasi partiyanın iştirakı ilə keçirilmiş 9 sentyabr tarixli görüşdə aparılan müzakirələrdə çıxış edənlərin dövlətimizin başçısının ölkədə formalaşdırdığı yeni siyasi konfiqurasiyanın davamlı sabitliyin qorunması və dövlətin inkişafı naminə bütün imkanların səfərbər olunmasında əhəmiyyətini, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qazanılmış Zəfərin Azərbaycan tarixində ən əlamətdar hadisə kimi yerini xüsusi qeyd etdiklərini, dövlətimizin başçısının işğaldan azad olunmuş ərazilərə səfərləri, bu şəhər və kəndlərdə yüksək sürətlə həyata keçirilən bərpa-quruculuq işləri, yolların salınması, elektrik stansiyalarının, aeroportların tikilməsi, “Xarıbülbül” festivalı, Vaqif Poeziya Günləri kimi mədəni tədbirlərin təşkil olunmasını yüksək qiymətləndirdiklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Həmçinin bildirilib ki, siyasi partiyalar xarici siyasət sahəsində atılmış addımları, Şuşa Bəyannaməsinin imzalanmasını, eləcə də Azərbaycan Respublikası Prezidentinin Qərbi Zəngəzurla bağlı mövqeyini təqdir edir və dəstəkləyir.

Dövlətimizin başçısının zamanın tələbləri ilə uzlaşan islahat və inkişaf konsepsiyasının növbəti mərhələsinin səciyyəvi cəhətlərinə toxunan Ədalət Vəliyev müxtəlif siyasi qüvvələrin adekvat təmsil olunduğu VI çağırış Milli Məclisdə yeni demokratik mühit formalaşdığını, müxalifət nümayəndələrinin parlamentdə rəhbər vəzifələr tutduğunu deyib. Qeyd edilib ki, Milli Məclisin fəaliyyətinin dövlətimizin başçısının daxili və xarici siyasətinə, eləcə də tövsiyələrinə uyğun olaraq yüksək səviyyədə qurulması üçün zəruri addımların atılması, o cümlədən deputat fəallığının artırılması ilə vətəndaş məmnunluğu yüksəldilib.

Ədalət Vəliyev çıxışında, həmçinin icra hakimiyyəti ilə qanunvericilik hakimiyyəti arasında əməkdaşlığın daha da təkmilləşdirilməsi perspektivlərinə toxunaraq konkret istiqamətlər üzrə xüsusi diqqət yetirilməsi zəruri olan məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb, işin daha yüksək səviyyədə qurulmasına xidmət edən müvafiq təkliflər səsləndirib.

Sonra müzakirələrə başlanılıb.

Müzakirələrdə Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, İntizam Komissiyasının sədr müavini, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev, İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov, Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Məmmədov, Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edərək, müzakirə olunan mövzu barədə fikir və təkliflərini səsləndiriblər.

Çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş Zəfərin, habelə son illər aparılmış siyasi-hüquqi-institusional islahatların dövlətçiliyimizin inkişafında açdığı yeni mərhələnin səciyyəvi cəhətləri təhlil edilib, ölkənin yeni siyasi konfiqurasiyasının davamlı sabitliyin təmini və dayanıqlı inkişaf üçün əhəmiyyəti vurğulanıb, həmçinin Milli Məclisin müvafiq proseslərdə iştirakı, verə biləcəyi töhfələr, eləcə də parlamentin icra hakimiyyəti orqanları ilə daha sıx əməkdaşlıq qurması perspektivləri nəzərdən keçirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Təsisçi Bakı Fransız Liseyi Təhsil Kompleksinin ləğv olunmasının səbəbini açıqlayıb

DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasiyası müsbət dinamika ilə inkişaf edir

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər, Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb