Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib

Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib

Bakı, 20 sentyabr, AZƏRTAC

Sentyabrın 20-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Eldar İbrahimov iclasın əlamətdar bir günə - “Əsrin müqaviləsi”nin imzalanmasının 25-ci ildönümünə təsadüf etdiyini söyləyib. Bildirilib ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi neft strategiyası böyük əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi rol oynayır.

Sonra gündəlikdəki məsələlər təqdim edilib.

Əvvəlcə cari ilin yaz və növbədənkənar sessiyaları barədə hesabat verilib. Bildirilib ki, komitə bu dövrdə öz fəaliyyətini nəzərdə tutulmuş iş planına uyğun həyata keçirib. Sessiya ərzində komitənin 12 iclası keçirilib, 36 məsələ, o cümlədən 14 qanun layihəsi geniş müzakirə edilib. Parlamentin digər komitələrindən daxil olmuş qanun layihələrinə ətraflı rəylər hazırlanıb.

Komitə üzvləri xarici ölkələrin parlamentləri ilə sıx əməkdaşlıq edib, beynəlxalq təşkilatların toplantılarına qatılıblar. Komitənin sədri Türkiyədə, Avstriyada keçirilən bir sıra tədbirlərdə yaxından iştirak edib.

Diqqətə çatdırılıb ki, hesabat dövründə komitəyə seçicilərdən 49 müraciət daxil olub. Müraciətlərin bir hissəsi kənd təsərrüfatı və torpaq islahatları ilə bağlı məsələləri, digər hissəsi əhalinin sosial müdafiəsi, əmək mübahisələri və digər mövzuları əhatə edib. Həmin müddətə komitənin sədri tərəfindən 24 şikayətçi qəbul edilib, onları narahat edən məsələlərin həlli istiqamətində zəruri addımlar atılıb.

İclasda komitənin 2019-cu ilin payız sessiyasının işlər planı barədə məlumat verilib. Bildirilib ki, sessiya zamanı dövlət başçısı, deputatlar, Ali Məhkəmə, Baş Prokurorluq, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən qanunvericilik təşəbbüsü qaydasında aqrar sahəyə aid təqdim edilmiş qanun layihələri, “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi, bir sıra qanunlara əlavə və dəyişikliklərin edilməsi ilə bağlı müzakirələr aparılacaq.

Komitənin 2019-cu ilin yaz və növbədənkənar sessiyaları dövründə fəaliyyəti qənaətbəxş hesab edilib, payız sessiyasının iş planı təsdiqlənib.

Sonra iclasda kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması ilə əlaqədar məsələyə baxılıb. Eldar İbrahimov ölkədə aqrar sahənin inkişafı istiqamətində əhəmiyyətli işlər görüldüyünü deyib. Kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı bir sıra statistik göstəriciləri təqdim olunub. Qeyd edilib ki, əvvəlki illərlə müqayisədə bu sahədə nəzərəçarpacaq artım müşahidə olunur. Bu və digər nailiyyətlərin əldə edilməsində aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi çox önəmlidir.

Dövlət başçısı tərəfindən cari ilin 27 iyun tarixində “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Fərman imzalandığını xatırladan komitə sədri bununla bağlı fikirlərini açıqlayıb. Bildirilib ki, Fərmana əsasən, subsidiyaların fermerlərə vahid mexanizm vasitəsilə çatdırılması nəzərdə tutulur.

Tədbirdə iştirak edən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev mövzu barədə ətraflı məlumat verib. Qeyd edilib ki, aqrar sahədə çalışanlara dəstək məqsədilə subsidiyaların ayrılması vacib məsələlərdəndir. Bunu təmin etmək üçün Subsidiya İnformasiya Sistemi formalaşıb. Fermerlər artıq elektron qaydada müraciət edə biləcəklər. Qeydiyyatdan sonra alınacaq subsidiya məbləği onların kartına köçürüləcək.

Diqqətə çatdırılıb ki, kənd təsərrüfatının daha da inkişaf etdirilməsi istiqamətində digər önəmli layihələr də həyata keçirilir. Belə ki, ölkədə Aqrar Sığorta Fondu yaradılıb, torpaq sənədlərinin alınması ilə bağlı səyyar briqadalar fəaliyyət göstərir, fermerlərin texnika ilə təmin edilməsi sahəsində əhəmiyyətli işlər görülür.

Komitə üzvləri Eldar Quliyev, Cavanşir Paşazadə, Novruzəli Aslanov, Tahir Süleymanov məsələ ilə bağlı fikirlərini açıqlayıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb

Filippində istidən altı nəfər ölüb

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

KOBİA sədri: Başqırdıstan iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Çində Rusiya ilə bağlı mövzuları da müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb