SİYASƏT


Milli Məclisin Estoniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu estoniyalı həmkarlarına təşəkkür məktubu ünvanlayıb

Bakı, 20 fevral, AZƏRTAC

Milli Məclisin Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Estoniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sven Sesterə və qrupun üzvlərinə təşəkkür məktubu göndərib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə şöbəsindən AZƏRTAC-a bildirilib ki, məktubda Estoniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı Estoniya parlamentinin (Riyqikoq) rəsmi saytında yerləşdirilmiş bəyanatı yüksək qiymətləndirilib, Azərbaycan xalqının kədərini bölüşən bu dəstəyə görə dostluq qrupu adından minnətdarlıq bildirilib.

Qeyd edilib ki, Azərbaycan Estoniya ilə əməkdaşlığa böyük əhəmiyyət verir. Məktubda iki ölkə arasında parlamentlərarası əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə və parlament diplomatiyasının xalqlarımızın rifahının daha da yüksəlməsinə və əlaqələrinin möhkəmlənməsinə xidmət edəcəyinə əminlik ifadə olunub.

Xatırladaq ki, Estoniya parlamentinin Azərbaycanla əlaqələr üzrə işçi qrupu Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb. Bəyanatda Ermənistanın 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi insanlığa qarşı cinayəti qınanılır, bu kütləvi qətli törədənlərin məsuliyyətə cəlb edilməsinin vacibliyi vurğulanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.